EURO 2,0087 NEFT 57,75
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SOSİAL

Kateqoriya : XƏBƏRLƏR

SOSİAL

Yayınlanma tarixi:28.08.2017 16:54:37

BTK ənənəvi küçə oyunlarının taxtını alan rəqəmsal oyunların uşaqların ruh sağlamlığına mənfi təsir etdiyini bildirib. BTK bundan başqa, rəqəmsal oyunların bərabərində gətirdiyi təhlükələrə qarşı valideynlərə xəbərdarlıq edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Uşaqların sosial münasibətlərini və zehni qabiliyyətlərini inkişaf etdirən gizlənpaç, yeddi şüşə, ortada qaldı, ip atdı, beş daş kimi ənənəvi küçə oyunlarının yerini planşet və mobil telefonlar alıb. Türkiyə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi (BTK) rəqəmsal oyunların bərabərində gətirdiyi təhlükələrə qarşı valideynlərə xəbərdarlıqlar edib.

Bir milyarddan çox istifadəçi

Rəqəmsal oyun sənayesinin bu gün dünyada 24,75 milyard dollar büdcəsi ilə virtual dünyanın əhəmiyyətli bir hissəsini təşkil etdiyinin vurğulandığı BTK açıqlamasında bu ifadələrə yer verilib: "Rəqəmsal oyunların bir milyarddan çox istifadəçisi var. Rəqəmsal oyunların istifadəçilər üzərindəki ən önəmli təsiri, psixoloji və fizioloji asılılıq tərəfidir. Rəqəmsal oyun asılılığı ictimai və ya emosional problemlərə səbəb olduğu halda, adamın kompyuter və ya videooyunları hədsiz şəkildə istifadə etməsi və bu həddən artıq istifadəyə nəzarət edə bilməməsi şəklində təsvir oluna bilər. Rəqəmsal oyun asılılığı anlayışı oyunda keçən müddətdən çox, ortaya çıxan mənfi nəticələri ifadə edir."

Oğlanlara müharibə, qızlara makiyaj oyunları sırınır

Onlayn oyunların ümumiyyətlə "kişi oyunları" və "qız oyunları" şəklində ayrılmasının görüldüyünün dilə gətirildiyi açıqlamada "Oğlanlara müharibə və zorakılıq oyunları sırındığı halda, Qız uşaqlarına, qadın geyindirmə, makiyaj, qadın bərbəri oyunları, otaq-ev oyunları, gəlinlik-paltar, şah-şahzadə oyunlarının sırındığı görülür. Qız uşaqlarına əsasən ev, evin otaqları və ya mətbəx kimi qapalı sahələrdə oynanan oyunlar təqdim olunduğu halda, oğlan uşaqlarına park, bağça kimi açıq havada oynanan oyunlar təqdim olunur. Qızlar üçün zəif, kişilər üçün isə güclü imici yaradılır. Yenə qadın obrazlar müharibə oyunlarında belə, real ola bilməyəcək qədər incə, makiyajlı, həqiqətlərdən uzaq bir fiziki görüntü ilə və arzu-istək obyektləri kimi təqdim edildiyi halda, kişi xarakterlərin əzələli, son dərəcə düzgün bir fiziki quruluşa sahib olduqları görülür. Beləliklə, ideal bədən, gözəllik kimi qavrayır pozulub, populyar mədəniyyət kontekstində yenidən inşa edilir. İstehsal olunan bu saxta dəyər mühakimələri ilə uşaqların qidalanma qaydaları və idmanla münasibətləri mənfi istiqamətdə təsirlənir, istehsal olunan bu süni görüntü və cinsiyyət qəlibləri ilə uşaqlar özünə inam problemləri yaşayırlar",- deyilib.


Valideynlərə xəbərdarlıq: Uşaqlar üçün rəqəmsal tələlər

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Dünya mediası: Barzani peşmərgəsi Süleymaninin təhdidilə Kərkükdən çəkilib
    Dünya mediası Kərkükün İraq ordusuna necə təslim edilməsinin arxasında duran ismin kimliyini açıqlayıblar
     22.10.2017
    “Əhli-beyt sevənlərin yurdu Azərbaycan”- Sənədli film
    İslamazeri.com xəbər verir ki, İslam.az və "Brant produstion"ın birgə “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” sənədli filmini hazırlayıb
     21.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ