EURO 1,9984 NEFT 50,85
USD 1,701 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. ÖLKƏ

Kateqoriya : XƏBƏRLƏR

ÖLKƏ

Yayınlanma tarixi:18.05.2017 14:44:23

Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Sosial xidmət haqqında qanun”la bağlı dinləmələr keçirilib.

İslamazeri.com- un Trend-ə istinadən verdiyi məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, komitə tərəfindən hazırlanmış bu qanun ilk dəfə olaraq, Azərbaycanda bir necə məsələni ortaya qoyub:

“Qanunda sosial işçi ilə sosial xidmətçilər işi bir-birindən ayrıldı. Bu sahə üzrə layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər. Qanunun çox önəmli məqamları var. Lakin gedişat göstərdi ki, onun icrası ilə bağlı bəzi çətinliklər meydana gəlir. Bundan başqa, sosial xidmətlərin miqyası da genişlənir. Buna görə də bu məsələ ilə bağlı müzakirələrə ehtiyac var”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparlıb, bu sahə üzrə yeni istiqamətlər yaradılıb. Buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi lazımdır.

İ.Rəhimov hazırda nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 339 uşağın tam dövlət nəzarətində yaşadığını qeyd edib. Onun sözlərinə görə, 2011-2016-cı illər ərzində dövlət uşaq müəssisələrindən 137 uşaq daimi yaşayış üçün ailələrə qaytarılıb.

İ.Rəhimov bildirib ki, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 120 və 125 mənzilli iki bina inşa edilib. Artıq Abşeron rayonu Masazır qəsəbəsində valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş gənclər üçün 3-cü mənzilin inşasına başlanılıb: “Bizim imkanımız var ki, belə binaların sayını artıraq. Bununla da bu gənclərin problemini aradan qaldırmağa nail olaq”.


Valideynini itirmiş uşaqlar üçün yeni bina tikilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Təhsil Nazirliyi yeni səlahiyyətlər verdi
    Azərbaycan Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinə yeni səlahiyyətlər verilib.
     27.07.2017
    Tanınmış Quran qarisi dünyasını dəyişib - VİDEO
    Dünya şöhrətli misirli Quran qarisi bu gün vəfat edib
     27.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ