1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:03.04.2019 15:20:00

Mütəxəssislər uşaq orqanizmi üçün şəkərli çayın zərərli olduğunu bildirir.

Azərbaycanda çox anaların uşağı müəyyən dövrdən sonra şirinçaya alışdırması vərdişi getdikcə fəsadlarını göstərməkdədir. Mütəxəssislər uşaq orqanizmi üçün şəkərli çayın zərərli olduğunu bildirir.

Medicina.az xəbər verir ki, həkim pediatr Abdullayeva Gülnar anaların körpələri şirinçaya öyrəşdirməsini ciddi səhv adlandırıb:

"Şirinçay və şirin su asan mənimsənilən karbohidratdır. Buna görə də uşaqlarda tez doyma hissi yaradır. Beləliklə balacalar lazımı qidalardan imtina edir. Ümumiyyətlə, uşaqlara 6 ayına kimi şirinçay vermək qəti qadağandır.

Ana südü 90% sudan ibarətdir. Ona görə də onlara şirin su verilməsinə ehtiyac görülmür. Amma uşaq əlavə qidalara keçdikdə, isti yay aylarında heç bir əlavə qatqı olmadan adi su verilə bilər”.

Bəs uşağa kəmşirin çay vermək olarmı? Xüsusən uşaq gecələr oyananda onu sakitləşdirmək üçün dərhal kəmşirin çay verməsinin səbəbi nədir?

"Şirin çayla kəmşirinin heç bir fərqi yoxdur. Ümumiyyətlə çay kalsium mübadiləsinə mənfi təsir göstərir. Uşaq müxtəlif səbəblərdən gecə yuxudan oyanıb ağlaya bilər. Acan uşağa şirin çay verib guya toxlaşdırmaq, sakitləşdirmək, sonradan uşağı şirin çaya öyrəşdirərək, gecələr təkrar-təkrar oyanmaların sayını artıracaq.

Xüsusən şirinçayla dolanan uşaqlarda çox kəskin iştahsızlıq olur. Valideyn müraciət edəndə deyir: uşağım heçnə yemir. Menyunu soruşuruq, araşdırırıq, sonda məlum olur ki, yemək yemirdi, ana da bir stəkan şirin çay verirdi.

Bir çox ana gecə yuxusuna haram qatmaq istəmir. Əgər gecə uşağa şirinçay versək səhər işdahsızlıq yaranır.
Uşaqlarda obezete, yəni piylənmə əmələ gəlməyə başlayar. Çünki onlar asan mənimsənilən karbohidratı orqanizmə daxil edir.

Şirinçay əmziklə əmizdirildikdə dişlərin çox tez çürüməsinə, kariesin əmələ gəlməsinə, süd dişlərinin vaxtından əvvəl düşməsinə səbəb olur. Bu da arzuolunmayan bir vəziyyətdir. Bu halda uşaq ağzında yeməyi yaxşı çeynəyə bilmir, çeynəmədən udulan qidalar isə mədədə problemlərə yol açır. Ümumiyyətlə nəinki gecə, gündüz də şirinçay tövsiyyə olunmur”.


Uşağı şirinçayla böyütmək olmaz - Anaların bu vərdişi onları məhv edir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Mübarək Ramazan ayının 13-cü gününün duası
    Mübarək Ramazan ayının 13-cü gününün duasını təqdim edirik:
     19.05.2019
    Bakıda ticarət mərkəzinin binasında yanğın - VİDEO
    Xəzər rayonunun Zagulba qəsəbəsi ərazisində fəaliyyət göstərən "Favorit" ticarət mərkəzinin yerləşdiyi binanın zirzəmisində yanğın baş verib
     19.05.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ