1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:29.03.2017 10:36:26

O, dünən dünyasını dəyişib.

Azərbaycan Dillər Universitetindən verilən xəbərə görə, ali məktəbin elmi işlər üzrə prorektoru dünyasını dəyişib. Apa yazır ki, Dünyamin Yunusov dünən- martın 28-də vəfat edib.

Dünyamin Nurqələm oğlu Yunusov 1951-ci il yanvarın 10-da Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1957-1967-ci illərdə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vurub və 1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb.

Həmin ali məktəbi 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək Elmi Şuranın qərarı ilə İngilis dilinin qrammatikası kafedrasında müəllim saxlanılıb. 1973-cü ilin noyabrından 1974-cü ilin noyabr ayınadək ordu sıralarında xidmət edib və 1975-ci ilin yanvar ayından İngilis dilinin qrammatikası kafedrasında müəllimlik fəaliyyətini davam etdirib. D.Yunusov müəllimlikdən professorluğadək uzun yol qət edib.

O, iyirmi kitabın və dörd yüzə yaxın elmi məqalənin müəllifi olub. Müxtəlif vaxtlarda o, ADU-da dekan müavini, kafedra müdiri, TEC-in sədri, “Təhsil və elm” komissiyası sədrinin müavini olub və 25.11.2015-ci il tarixdən 2016-cı ilin dekabrınadək ADU-nun rektoru vəzifəsini icra edib.

D.Yunusov ilk dəfə Azərbaycanda “İngilis və Azərbaycan dillərinin müqayisəli tipologiyası” / Comparative typology of the English and Azerbaijani languages / adlı dərslik nəşr etdirib və bu dərslikdən respublikamızın əksər universitetlərinin filologiya fakültələrinin tələbələri istifadə edirlər. D.Yunusov Avropa Nəşr Mətbuat Evinin təsis etdiyi “Ən yaxşı tədqiqatçı alim” qızıl medalına layiq görülüb.


Universitet prorektoru vəfat edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  •  Tbilisi “Cümə” məscidində bayram namazı - FOTO
    Gürcüstanın bir çox məscidlərində olduğu kimi bu gün Tbilisi “Cümə” məscidində də bayram namazı qılındı.
     26.06.2017
    Sahil qəsəbəsindəki Fatimeyi Zəhra (s.ə) məscidində bayram namazı - FOTO
    Bakının Sahil qəsəbəsindəki "Fatimeyi Zəhra" məscidində Hacı Fazil İmanlının imamətliyilə fitr bayramının namazı qılınıb. İslamazeri.com xəbər verir ki, bayramda çox sayda inanclı iştirak edib.
     26.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ