EURO 1,8924 TRY 0,2901
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. SƏHİYYƏ

Kateqoriya : XƏBƏRLƏR

SƏHİYYƏ

Yayınlanma tarixi:13.10.2019 14:09:01

"Uşaqları narkotik maddə, alkoqollu və enerji içkiləri, eyni zamanda tütün məmulatlarından qorumaq lazımdır".

"Uşaqları narkotik maddə, alkoqollu və enerji içkiləri, eyni zamanda tütün məmulatlarından qorumaq lazımdır".

"Report" xəbər verir ki, bunu UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin "Liderlik Məktəbi"ndə yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda digər ölkələrə nisbətən uşaqlar arasında narkomaniya az yayılıb: "Amma elə ölkələr var ki, orada gənclər arasında narkomaniya daha geniş vüsət alıb. Biz narkomaniya ilə mübarizə apararkən ilk olaraq bunun səbəblərini araşdırmalıyıq. Nə baş verir ki, gənclərdə narkomaniyaya meyillilik yaranır? Bu, insanda asılılıq yaradan pis vərdişdir. Deyə bilərəm ki, bəzi hallarda gənclər buna məşğuliyyətsizlikdən qurşanır".

E.Karvardin bildirib ki, narkotik maddələr kimi alkoqollu içkilər və tütün məmulatlarının da uşaq və gənclərə zərərli təsirləri var: "Amma bütün bunlardan daha çox zərərli təsiri olan energetik içkilərdir. Enerji içkilərinin tərkibində olan bəzi maddələr uşaqların sağlamlığına çox mənfi təsir göstərir. Uşaqların bizim gələcəyimiz olduğunu nəzərə alsaq, o zaman bu vərdiş və asılılıqlardan onları qorumalıyıq. Ona görə də valideynlər bu məsələ diqqətli olmalıdır".


UNİCEF-in Azərbaycandakı nümayəndəliyi enerji içkiləri ilə bağlı valideynlərə çağırış edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tehranın cümə namazında milyonluq iştirak - VİDEO
    Bu gün Tehranın cümə namazına iştirak edənləri sayı milyonlarla ölçülüb
     17.01.2020
    Ayətullah Xameneinin cümə xütbəsindən sitatlar: Allahın günləri, Süleymani, ABŞ-ın vurulması...
    Ayətullah Xamenei 2012-ci ildən sonra ilk dəfə Tehranın cümə namazını qıdırıb, xütbə edib
     17.01.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ