1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:26.04.2019 22:54:05

“Doktor dedi ki, yalnız Nazik ona dərmandır” ifadəsi ilə dillər əzbəri olan, səhnəmizin Naziləsi - aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında haqq dünyasına qovuşub.

“Doktor dedi ki, yalnız Nazik ona dərmandır” ifadəsi ilə dillər əzbəri olan, səhnəmizin Naziləsi - aktrisa Məleykə Ağazadə aprelin 24-də 90 yaşında haqq dünyasına qovuşub.

İslamazeri.com news24.az-a istinadəön xəbər verir ki, bu barədə aktirsanın oğlu Zeynal Ağazadə məlumat verib.

Bildirib ki, aktrisa son illər yüksək qan təzyiqindən əziyyət çəkirdi. Mərhum aktrisa Bakıda dəfn edilib. Bu gün aktrisanın Təzə Pir məscidində üç mərasimi keçirilir.

Qeyd edək ki, Məleykə Ağazadə 3 sentyabr 1929-cu ildə Bakıda anadan olub. Kiçik yaşlarından ayrı-ayrı şəhərlərdə solist kimi çıxışlar etməyə başlamışdır. 13 yaşında istedadı və çıxışlarına görə "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məktəbi bitirdikdən sonra Asəf Zeynallı adına musiqi məktəbinin opera sinfində oxuyub. Bundan sonra Rauf Hacıyevin Dövlət Orkestrində solist kimi fəaliyyət göstərmişdir. 1956-cı ildən 1963-cü ilə qədər Musiqili Komediya Teatrında 40-a yaxın tamaşada oynamışdır. 1972-ci ilə qədər filmlərə çəkilmişdir. Məleykə Ağazadənin ən məşhur rolu "Ulduz" filmində yaratdığı Nazik obrazıdır. Onun bu filmdə oynadığı fraqmentlər və söylədiyi ifadələr indiyə qədər sevilir. Çəkildiyi filmlər- “Onu bağışlamaq olarmı?” (film, 1959), “Qəribə əhvalat” (film, 1960), Ulduz (film, 1964), “Yaşamaq gözəldir, qardaşım!” (film, 1966), “Var olun, qızlar...” (film, 1972).


“Ulduz” kinosunun Naziki aktrisa Məleykə Ağazadə vəfat edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ