1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:01.05.2019 12:50:20

Ukraynanın yeni prezidenti müsəlmanlardan üzr istəyib.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Ukraynın yeni seçilmiş prezidenti Vladimir Zelenskiy “ChistoNews” verilişində istifadə edilmiş kadrlara görə müsəlmanlar qarşısında üzr istəyib.

Sözügedən kadrlarda Çeçenistan başçısı Ramzan Kadırov namazdan sonra ağlayır.

Zelenskiy bildirib ki, bu video barədə xəbərsiz idi, çünki həmin verilişin aparıcısı deyil. Onu digər redaktorlar qrupu hazırlayırdı.

“Məsələ ümumiyyətlə Kadırov deyil. Orada videodan kadrlar var idi və həmin kadrlar ümumiyyətlə bununla bağlı deyildi. Bu kadrlara Ramzan Kadırovun ağladığı video düşüb”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, ona zəng edərək bu video haqda məlumat veriblər və bununla bağlı fikirlərini soruşublar.

“Orada vəziyyət belədir, müsəlman dünyası... Məni də dayandıran elə bu oldu. Mən dedim ki, orada mahiyyətin nə olduğunu bilmirəm və məsələni araşdıracağam”, - deyə o əlavə edib.

O vurğulayıb ki, din “ağrılı mövzudur”, dini maraqlara ilişmək isə sadəcə olaraq “yaxşı bir iş deyil”.

“Mən bütün müsəlman dünyası qarşısında öz uşaqlarımıza görə üzr istəmək istəyərdim”, - deyə o bildirib.


Ukraynanın yeni prezidenti: İslam dünyasından üzr istəyirəm - SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ