EURO 1,8841 TRY 0,2955
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:04.10.2019 18:57:38

Ukrayna prezidenti Zelinski cəbhə xəttindəki qoşunları geri çağırmağı planlaşdırır

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın dəstəklədiyi üsyançıların adekvat cavab verəcəyi təqdirdə, bütün qoşunları ölkənin şərqindəki cəbhə xəttindən geri çağırmağı planlaşdırır.

Bunu ölkənin xarici işlər naziri Vadim Pristayko Ukrayna televiziyasında çıxışı zamanı bildirib. Bu cür geri çəkilmə cəbhə xəttindəki kəndlərdən birində artıq baş verib.

O həmçinin əlavə edib ki, gələn həftə Rusiya ilə növbəti əsir mübadiləsinə ümid edir.

Zelenski hakimiyyətə gələrkən ölkənin şərqindəki beşillik münaqişəyə son qoyacağına söz verib.

Separatçılar isə bildirirlər ki, Ukrayna prezidenti onların nəzarətində olan ərazilərdə öz şərtlərini diktə edə bilməz.

Əsirlərin dəyişdirilməsini şərh edən Kreml sözçüsü Dmitri Peskov bildirib ki, "Rusiya hamının hamıya prinsipi ilə mübadilənin tərəfdarıdır".

Senyabrın 7-də baş tutmuş əsirlərin dəyişdirilməsi aradakı gərginliyin mülayimləşdirilməsi üçün ümid yaradıb.(BBC)


Ukrayna prezidenti cəbhə xəttindəki qoşunları geri çağırmağı planlaşdırır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda avtobus sürücüsü sərnişinin burnunu sındırdı
    Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır
     05.12.2019
    Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
    Üç saat yarımdan çox davam edən görüşdə tərəflər geniş müzakirələr aparıb.
     05.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ