EURO 1,9783 NEFT 48,06
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. KİTAB HƏYATDIR

Kateqoriya : KİTAB HƏYATDIR

Yayınlanma tarixi:27.01.2017 12:06:39

Tarix İnstitutunda “Azərbaycan tarixi” üçcildliyi nəşr ediləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda elmi şuranın növbəti iclası keçirilib. İnstitutun cari il üçün elmi-tədqiqat işlərinin təsdiqlənmiş planına əsasən bu elm müəssisəsində üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi”, “Şəki tarixi” kitabları çap ediləcək.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan tarixi”nin yeni nəşrində əsas diqqətin tarixi torpaqlarımızın tədqiqinə yönəldiləcəyini vurğulayıb.

İclasda diqqətə çatdırılıb ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Hazırkı Ermənistan Respublikasının ərazisi 1918-ci ilədək Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi “Azərbaycan tarixi”nin yeni nəşrinə daxil ediləcək.

Bildirilib ki, Tarix İnstitutu ilə Avstriya, Polşa, Pakistan və digər ölkələrin elmi müəssisələri arasında əməkdaşlığın qurulması planlaşdırılır.

Y.Mahmudov qeyd edib ki, apreldə türk-müsəlman əhaliyə qarşı soyqırımlarına həsr olunmuş dördüncü beynəlxalq elmi konfrans keçiriləcək. Tədbirdə Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan alimlər iştirak edəcək və ermənilərin azərbaycanlılara, ümumilikdə türk-müsəlman xalqlarına qarşı həyata keçirdikləri deportasiya və soyqırımlarından danışılacaq.

Diqqətə çatdırılıb ki, bu günlərdə məşhur özbək tədqiqatçısı Şuxrat Salamov “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) əsərlərinə görə erməni təxribatçıları tərəfindən təzyiqlərə məruz qalıb. İnstitutun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin əməkdaşları müvafiq məsələ ilə bağlı mətbuatda öz kəskin etirazlarını bildirərək Azərbaycan və rus dillərində bəyanat yayıblar.


Üçcildlik “Azərbaycan tarixi”, “Zəngəzur tarixi”, “Şəki tarixi” kitabları çap ediləcək

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Göyçayda iki avtobus yanıb - FOTOLAR
    Göyçay rayonunda yanğın hadisəsi baş verib.
     22.07.2017
    İran və Qazaxıstanın hərbi gəmiləri Bakıya yan alıb
    Məlumatı Müdafiə Nazirliyi yayıb.
     22.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ