EURO 2,0368 NEFT 55,35
USD 1,7007 RUB 0,0293
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:19.04.2017 15:51:29

"Geroi Arsenala" adlı gəmi qəzaya uğrayıb.

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, quru mal daşıyan gəmi “Geroi Arsenala” Qara dəniz akvatoriyasında qəzaya uğrayıb. Hadisə nəticəsində 11 nəfər itkin düşüb.

Gəminin göyərtəsində ümumilikdə 12 gəmiçi olub: 2 Rusiya, 9 Ukrayna, 1 Gürcüstan vətəndaşı. Taxılla dolu olan gəmi Rostov vilayətindən Türkiyəyə doğru hərəkət edirdi.

Rusiya FHN-in Krım üzrə Baş İdarəsinin rəisinin köməkçisi Vladimir İvanov bildirib ki, qəzanın baş verdiyi əraziyə bir neçə xilasedici gəmi və aviasiyası göndərilib. Dənizçilərdən birini demək olar ki, dərhal xilas etmək mümkün olub.

Göyərtəyə qaldırılmış dənizçinin vəziyyəti olduqca ağırdır.  Onda güclü donma qeydə alınıb. Boğazda suyun temperaturu 7-8 dərəcədir.”, - deyə İvanov qeyd edib.

FHN qeyd edib ki, 11 nəfər itkin düşmüş hesab edilir. Bununla belə, İstintaq Komitəsinin (İK) məlumatına görə, 3 dənizçi xilas edilib.

FHN-in təxminən 140 əməkdaşının iştirak etdiyi xilasetmə əməliyyatı hava şəraitinə görə çətinləşir: dənizdəki dalğalar 4 bala çatır, küləyin surəti isə saniyədə 20 metrdir.

FHN qeyd edib ki, Panama bayrağı altında hərəkət edən gəminin verdiyi SOS siqnalını sərhədçiləri qəbul ediblər. Həmin sərhəçilər də məlum informasiyanı xilasedicilərə ötürüb.

İK hadisə ilə bağlı cinayət işi qaldırıb. Batmış gəmi Türkiyənin “Gunes Shipping” şirkətinə məxsusdur.


Türkiyəyə məxsus gəmi Qara dənizdə qəzaya uğradı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Neft bahalaşıb
     20.09.2017
    Meksikada güclü zəlzələ ən azı 149 nəfərin həyatına son qoyub (FOTOLAR)
    İki həftə əvvəl baş vermiş ölümcül zəlzələdən sonra Meksika yenidən silkələnib.
     20.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ