EURO 1,9906 NEFT 76,44
USD 1,7 RUB 0,0276
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:07.02.2018 16:02:23

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranda səfərdədir.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, o, iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşüb.

Görüşdə bölgədəki vəziyyət və ikitərəfli əlaqələrin inkişafı məsələsi müzakirə edilib. 

Türkiyə XİN başçısının İran prezidenti Həsən Ruhani ilə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ötən gün keçirdiyi mətbuat konfransında Suriya problemi və Türkiyənin bu ölkədə keçirdiyi hərbi əməliyyatlardan danışıb. Prezident rəsmi Tehranın Ankara ilə çox yaxşı münasibətlərə malik olduğunu vurğulayıb və bildirib ki, bir ordu başqa bir ölkənin ərazisinə həmin dövlətin xalqının və hökumətinin icazəsi ilə girməlidir: “Biz bunu yaxşı qiymətləndirmirik. Ümid edirik ki, əməliyyatlar tez bir zamanda başa çatacaq və insan tələfatının sayı artmayacaq. Biz başqa ölkənin ərazisinə icazəsiz girişi heç cür qəbul etmirik, lakin Türkiyə ilə münasibətlərimiz yaxşıdır".


Türkiyənin xarici işlər naziri İranda səfərdədir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Keşiş İslama dəstək üçün hicab taxdı
    Keşiş bu yolla sağçı-radikal partiya lideri Alis Veydelin sözlərinə cavab verib
     27.05.2018
    Vəhabi krallığın hava limanı uçan aparatla vuruldu, uçuşlar ləğv olundu - VİDEO
    Yəmən Ordusu Səud rejiminin Əbha hava limanının PUA-larla atəşə tutub
     27.05.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ