EURO 2,0842 NEFT 69,82
USD 1,7001 RUB 0,0301
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:05.01.2018 14:27:55

Türkiyənin məşhur aktyoru Münir Özkul 93 yaşında vəfat edib

 APA-nın Türkiyənin “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, o uzun müddət xəstəlikdən əziyyət çəkib.

 

Aktyor “Hababam sinfi” filmindəki Mahmud Hoca obrazı ilə məşhurdur. Münir Özkul 15 avqust 1925-ci ildə İstanbulda anadan olub. 

 

Qeyd edək ki, Ankara və İstanbul dövlət teatrlarında çalışıb. 1950-ci ildən başlayaraq, filmlərdə rol almağa başlayıb. Ssenarisi Nazim Hikmət və İhsan Kozaya aid “Üçüncü Səlim” filmindəki rolu ilə böyük kinoya qədəm qoyub. 1951-ci ildə Muhsin Ərtuğrulun “Barbaros Hayrettin paşa” filmində ilk dəfə baş rolda görünüb. 1957-ci ildə kino ilə paralel çalışdığı dövlət teatrında rəhbər vəzifəsinə gətirilib. Əsl şöhrəti isə ona “Arzu Film Yapımları” şirkətində istehsal olunan filmlər gətirib. 

 
“Nəşəli günlər”, “Mavi Muncuq”, “Arım, balım, pÓ™tÓ™yim”, “Bizim ailə” kimi filmlərdəki rolları ilə yadda qalsa da, “Hababam sinifi” trilogiyasındakı “Keçəl Mahmud” obrazı ona böyük məşhurluq gətirib. 
 
Aktyor alkoqolizmlə uzun illər mübarizə aparıb və 90-cı ilin ortalarında asılılıqdan yaxa qurtara bilib. Bu asılılıq ona 3 ailəsi bahasına başa gəlib. Aktyor 4 dəfə evli olub. 
 
O, Demans (məntiqin itməsi) xəstəliyindən əziyyət çəkirdi. 


Türkiyənin məşhur aktyoru Münir Özkul vəfat edib

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Odessa limanına 84,8 min ton Azərbaycan nefti çatdırılıb
    Ukraynanın Kremençuq Neft Emalı Zavodu üçün Odessa limanına (Qara dəniz, Ukrayna) 84,841 min ton Azərbaycan nefti çatdırılıb.
     23.01.2018
    Şeyx Sərdar Hacıhəsənlinin məhkəməsinin vaxtı məlum oldu
    Vəkil Cavad Cavadov 17 saylı Cəza Çəkmə Müəssisəsində saxlanılan ilahiyyatçı Sərdar Hacıhəsənli ilə (Babayev) görüşüb.
     23.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ