1. http://www.islamazeri.az/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:28.12.2016 17:14:45

"50 il sonra da məndən danışacaqlarını düşünürəm..."

"Fi-Çi-Pi"nin seriyal olmasını qətiyyən istəmirdim

Öykü Özdoğanın müəllifi və aparıcısı olduğu "20 Dakika" verilişinin bu dəfəki qonağı "Fi-Çi-Pi" trilogiyası və "Aeden"in müəllifi, psixoloq Azra Kohen olub. Kohen NTV Radio dinləyicilərinə kitablarından və "Fi-Çi-Pi" seriyasının rəqəmsal serial prosesindən danışıb.

İslamazeri.az-ın verdiyi xəbərə əsasən, Kohen "Bəzi insanlar "Uşaqlığımdan bəri yazıçı olmaq istəyirdim, ən böyük xəyalım yazıçı olmaq idi" deyirlər, amma məndə qəti elə bir fikir yox idi" - deyərək əslində cəmiyyətin ehtiyacına görə yazıçı olmağa qərar verməsindən danışıb.

Öz mövzularının cəmiyyətə daxil olmasını qarşısına məqsəd qoyaraq Fi-Çi-Pi trilogiyasını yazdığını deyən Kohen kitabını nəşr etdirmək üçün görüşdüyü nəşriyyatların "heç kim oxumaz" - deyərək reaksiya verdiyini ancaq bugünkü uğurunu daxilindən gələni etməsinə borclu olduğunu açıqlayıb.

50 il sonra da məndən danışacaqlarını düşünürəm

2023-cü ilə qədər bütövlükdə 9 kitab yazmağı qarşısına məqsəd qoyan və hər kitabda fərqli bir şifrə olacağını qeyd edən müəllif "Bundan 50 il sonra, kitabın mövzusu heç kəsi maraqlandırmasa da" bu qadın bunu necə yazıb, bu şifrələri kitabına necə yerləşdirib?" formasında danışacaqlarını düşünürəm" - deyib.

Məlumat mübadiləsi apara biləcəyim bir kütlə yoxdur

Qarşısındakı insanla məlumat mübadiləsi aparmağı sevdiyini deyən Kohen, "Söhbət etdiyim insanların mənə danışdıqları barədə düşünməyi sevirəm, lakin artıq cəmiyyətimizdə nəsə danışa bilməyəcək bir hala gəldik" - deyərək bu vəziyyətdən narahat olduğunu dilə gətirib. Yazıçı "Ən azından öz mövzularımdan bəhs edəcəyim bir hekayə yazım və insanlar o hekayəni oxuyarkən, o məlumatları da öyrənmək məcburiyyətində qalsınlar, öz aralarında müzakirə etsinlər" - deyib.

 

Fi-Çi-Pinin serial olmağını qətiyyən istəmirdim

"İlk başda heç bir prodüseri ciddiyə almadım. Trilogiyanın serial olmağını qətiyyən istəmirdim" - deyən Azra görüşdüyü prodakşının heyəti olmasaydı trilogiyanın qətiyyən sserial olmayacağını bildirib.

Rəqəmsal serial olmağa hazırlaşan Fi-Çi-Pi seriyasının həm aktyor, həm də prodakşın heyətinin ürəyincə olduğunu qeyd edən müəllif, Serenay Sarıkaya və Bərrak Tüzünataç üçün "Onları mən dünyaya gətirə bilərdim, iksi də qızım kimidir" - dedi. Hazırda serial adının "Fi-Çi-Pi seriyası" olaraq internetdə dolaşdığını deyən Kohen, bu adın dəyişə biləcəyini də NTV Radio dinləyiciləri ilə bölüşüb.


Türkiyəli məşhur bestseller trilogiya müəllifi: Nəşriyyatlar "bu kitabları heç kim oxumaz" deyirdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Netanyahu və Tramp İranı müzakirə edəcəklər
    İsrail rejiminin Baş naziri ilə ABŞ-ın yeni Prezidenti İranı müzakirə edəcəklər.
     23.01.2017
    Böyük Britaniyadakı Bəhreyn səfirliyi qarşısında mitinq: Etirazçıların üzərinə qaynar su töküldü
    İngiltərədə yaşayan bəhreynlilər Ali-Xəlifə səfirliyi önündə etiraz aksiyası keçiriblər.
     23.01.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ