1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.08.2017 10:11:42

Mövlud Çavuşoğlu ABŞ və Şimali Koreya arasındakı gərginliyi barədə "Nüvə silahları ilə mübahisə etmək uşaq oyuncağı deyil. Şimali Koreyanın bu cür sınaqlarını biz də şiddətlə pisləyirik",- deyib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırıb. Çavuşoğlu ABŞ və Şimali Koreya arasındakı gərginliyin Türkiyəyə və iqtisadiyyata təsirinin olub olmayacağına dair sual verilməsi üzərində deyib:

"Dünyanın hansısa bir ucundakı hadisə bütün dünyaya təsir edə bilir. Şimali Koreya və ABŞ arasındakı gərginlik də bütün dünyaya təsir göstərir, amma iqtisadi mənada bizə təsir etməməsi üçün hər cür böhranlara qarşı dayanıqlı bir iqtisadiyyat yaratmaq üçün tədbirlərimizi görmüşük. Təsir etməməsi üçün əlimizdən gələn səyi də göstəririk. Bu baxımdan ciddi bir sıxıntı olmaz, amma ən əsası bu məsələnin özü ciddi sıxıntıdır. Bu başqa şeyə bənzəməz. Nüvə silahları ilə mübahisə etmək uşaq oyuncağı deyil. Ona görə də tezliklə bu ölkələrin ağıllı bir şəkildə hərəkət etməsi lazımdır. Şimali Koreyanın bu cür sınaqlarını biz də şiddətlə pisləyirik. BMT-nin qəbul etdiyi qərarları da dəstəkləyirik. Bu gərginliyin heç kimə faydası yoxdur. Özlərinə də faydası yoxdur. O bölgədə əsasən Cənubi Çin dənizi böhranı var idi. Amma indi bu nüvə böhranı Şimali Koreya ilə baş verən böhran bütün bu böhranları kölgədə qoydu. Tezliklə bu problemlərin, böhranların də normallaşdırılmasını arzu edirik."


Türkiyədən Şimali Koreyaya QINAMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azyaşlı müsəlman uşağın raketi NASA-nın xoşuna gəldi - FOTO
    NASA 5 yaşlı müsəlman uşağın məktubuna cavab verib.
     21.08.2017
    Qeyri-adi hotel; Burda insan özünü... FOTO
    Taylandın paytaxtı Bankokda istifadəyə verilən yeni hotel görənləri təəccübləndirir.
     21.08.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ