EURO 1,8757 TRY 0,2945
USD 1,7 RUB 0,0266
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:04.07.2019 16:08:05

Türkiyədə təhsil alıb öz ölkələrində nazir olanlar məzuniyyət mərasiminə qatılıblar

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə təhsil aldıqdan sonra Əfqanıstanda Sosial Müdafiə naziri olan Sayed Anvar Sadat ilə 2014-cü ildə Türkiyədə doktorantura oxuyan İraqın Rabitə naziri Naaem Thjel Yousir Türkiyədə məzuniyyət tədbirinə qatılıblar.

Əfqanıstanda Sosial Müdafiə naziri olan Sayed Anvar Sadat KİV-ə verdiyi müsahibə zamanı uğurunun sirrinin Türkiyədəki təhsililə əlaqəli olduğunu bildirib.

"17 ildir vətənimdə fərqli yerlərdə işləyirəm. Əfqanıstanda ilk özəl televiziya qurdum və 2011-ci ilə qədər tv-də baş direktor olaraq işlədim. 2010-2015-ci illərdə millət vəkili olaraq 2 il vali vəzifəsində çalışdım. 3 ay əvvəl isə Əfqanıstanın Sosial Müdafiə naziri təyin edilmişəm.", -deyə Əfqanıstanda Sosial Müdafiə naziri olan Sayed Anvar Sadat qeyd edib.

İraqın Rabitə naziri Thjel Yousir də Türkiyə təhsilinin səviyyəsinin yuxarı olduğunu bildirib.

"Xüsusilə Türkiyədəki təhsilin çox inkişaf etdiyini bildirmək istəyirəm. Oxudum illərdə istər praktiki, istər teorik olaraq universitet alimlərinin böyük dəstəyini gördüm. Bizim işimizdəki elmi namizədlər demək olar hamısı dünyanın çox tanınan universitetlərində doktor adını qazanmışlar. Burda əldə etdiyim təhsil və təcrübəni öz ölkəmə daşımaq imkanım oldu", -deyə iraqlı nazir əlavə edib.


Türkiyədə təhsil alıb öz ölkələrində nazir oldular

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan Ordusunun əməliyyat təlimi başlayıb, yeni silahlar sınaqdan keçirilir
    Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb.
     12.11.2019
    İsrail hərbçiləri fələstinli gənci  belə öldürdülər - VİDEO
    Fələstinin səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrail ordusu bazar ertəsi İordan çayının qərb sahilində etirazçılara atəş açaraq, bir gənci öldürüb
     12.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ