EURO 1,9997 NEFT 57,48
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. MƏQALƏ

Kateqoriya : MƏQALƏ

Yayınlanma tarixi:13.03.2017 14:10:09

Türkiyədə dövlətə bağlı saytlardan birinin Çanaqqalanın fələstinli şəhidlərini İsrail vətəndaşları kimi göstərməsi türk vətəndaşlarını hiddətləndirib

İslamazeri.az xəbər verir ki, bununla bağlı liderləri Nəcməddin Ərbəkan olan "Milli Gazete"də Əhməd Açıkay adlı yazarın imzası ilə yazı yayımlanıb:

"Bir əsr əvvəl millət olmanın və ümmət şüurunun ən böyük nümunələrindən birinin sərgiləndiyi "Çanaqqala Zəfəri"nin indiki vaxtda, təəssüf ki, tam olaraq özümsənə bilmədiyi aydın olur. "milliparklar.gov.tr" saytında yayımlanan Çanaqqala şəhidləri siyahısında Fələstində doğulan Əbdürrəhman oğlu Mahmud və Mustafa oğlu Məhməd və b. İsrail vətəndaşı olaraq göstərilir. Ölkəmizi işğal etmək istəyən imperialist qüvvətləri məhv edən şəhidlərimizin yüz il sonra məruz qaldığı rəftar təcili düzəldilməyi gözləyir.

Məhməd Akif Ərsoyun "Kimisi Hindu, kimi adamyeyən, kimi bilməm nə bəla" deyərək şeirində yer verdiyi böyük zəfərin üzərindən 102 il keçdi. Osmanlı paytaxtını işğal etmək istəyən, başda ingilislər olmaqla, imperialist qüvvələri həm quruda və həm də dənizdə məğlub edən şəhid aslanların yüz il sonra məruz qaldığı rəftar qəhr edir. 1915-ci ildə böyük bir zəfərlə qazanılan müharibənin üzərindən yüz il keçməsinə baxmayaraq, ortaya çıxan rüsvayçılıq bu qədər də olmaz dedizdirir.

Mədəniyyət və Turizm Nazirliyinə (Türkiyənin - red.) ‘idarə' formasında təhvil verildikdən sonra apardığımız araşdırmada, bu səfər fərqli bir detal diqqətimizdən qaçmadı. Fəaliyyətinə davam edən köhnə saytda, Fələstindən gəlib Çanaqqalada şəhid olanlara edilən hörmətsizlik bir tərəfə, yeni saytda isə bir işgüzarlıq görülür. Yeni saytda Fələstindən gəlib şəhid olanlar üçün ölkə bölməsi əvəzinə rayon və ya şəhər bölməsi var. Ölkə yerinə şəhidlərin məlumat bölməsində yalnız və yalnız Qüds və ya Nəblus yazıb, yenə Fələstin yoxdur.

 

FƏLƏSTİNLİ ŞƏHİDLƏRİN QARŞISINDA "İSRAİL" YAZILIB

 

Zəfərin qazanıldığı illərdə Fələstin hələ də Osmanlı torpağı olmasına baxmayaraq, vətənin müdafiəsi üçün gəlib şəhid olanların adının qarşısında ölkə xanasına İsrail yazıldığı ortaya çıxıb. Sözügedən vəziyyət Meşə və Su İşləri Nazirliyi Milli Parklar Ümumi İdarəsinə bağlı olan Gelibolu Yarımadası Tarixi Milli Parkının internet saytındadır. Üç səhifə halında 105 şəhidin adının olduğu siyahıda şəhidlərin hamısının adının qarşısında İsrail yazılıb. Qəhr edəcək bir növdən olan məlumata görə, o dövrdə hələ də Osmanlı torpağı olan Fələstindən Çanaqqalaya gəlib şəhid olanların adının qarşısında Yaxın Şərqin işğalçı rejimi olan İsrailin yazılması şəhidlərin sümüklərini sızıldadır.

 

DƏRHAL SİLİNMƏLİDİR

 

Sözügedən ərazinin təhvil verilməsinə baxmayaraq, Meşə və Su İşləri Nazirliyinin tabeliyində olan saytlar hələ də qalır. Yeni yaradılan rəhbərliyin öz saytını yaratmasına baxmayaraq, Fələstinli şəhidlərin ölkə bölməsində "İsrail" yazılan köhnə saytın isə qapadılmadığı və etiraza səbəb olan o məlumatlar ilə fəaliyyətinə davam etdiyi görülür. Hər nə qədər sayt yenilənməsə də böyük bir skandala səbəb olan bu saytın dərhal silinməsi lazım olduğu ifadə edilir.

 

O İLLƏRDƏ İSRAİLİN ADI BELƏ QOYULMAMIŞDI

 

Sözügedən "xəta" daha əvvəl Meşə və Su İşləri Nazirliyi Milli Parklar Ümumi İdarəsinə bağlı olan Gelibolu Yarımadası Tarixi Milli Parkının internet saytındadır. Üç səhifə halında 105 şəhidin adının olduğu siyahıda şəhidlərin hamısının adının qarşısında İsrail yazılıb. Fələstini işğal edərək müsəlmanlara qan qusduran İsrailin şəhidlərimizin doğum yeri olaraq yazılması, cəhalətdən irəli laqeydliyin birbaşa özüdür. Çünki o illərdə İsrail deyə bir dövlət yox idi.

 

SAYT TƏHVİL VERİLƏRKƏN XƏTA DA TƏHVİL VERİLDİ

 

Meşə və Su İşləri Nazirliyi Milli Parklar Ümumi İdarəsinə bağlı olan Gelibolu Yarımadası Tarixi Milli Parkı 28 iyun 2014-cü il tarixli qanunla Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinə təhvil verilib. Beləcə qanunla sözügedən idarə Gelibolu Tarixi Ərazisi Meşə və Su İşləri Nazirliyindən Mədəniyyət və Turizm Nazirliyinə təhvil verilmiş olub."

 

Əhməd Açıkay / "Milli Gazete"

Tərcümə "İslamazeri.az" saytına məxsusdur.

P.S. Yazıdan sonra rəsmi qurumlar saytı bağlayıb.

 


Türkiyədə rəsmi sayt Çanaqqalanın fələstinli şəhidlərini İsrail vətəndaşları kimi təqdim etdi və...

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda daha bir bank çökdü
    Əksər banklarda olduğu kimi, "MuğanBank” ASC-də də vaxtı keçmiş kreditlər artıb.
     24.10.2017
    Bakıda avtobus özbaşınalığı - VİDEO
    "Bu hala nə aidiyyatlı qurumlar, nə də yol polisləri müdaxilə etmir."
     24.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ