EURO 2,07 NEFT 74,51
USD 1,7 RUB 0,0273
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.07.2017 16:41:28

Etiraz edən bəzi vətəndaşlar Osmanlı padşahlarının adlarının əsərlərdə istifadə edilməyə başlandığını xatırladaraq, "Yeni əsərlərə Osmanlı padşahlarının adını vermək yetərli deyil. O padşahlardan qalan miraslara sahib çıxılmalıdır. Bu dövrdə belə bir quruluşa bu şəkildə icazə verilməsi qalmaqaldır",- deyilib.

İslamazeri.com "Milli Gazete"-yə istinadən xəbər verir ki, Kastamonuda 503 illik Osmanlı yadigarı Cüt Hamam gecə klubuna çevrilərək əxlaqsızlıq yuvası halına gətirilib. Kluba çevrilən hamamda aparılan restavrasiya əsərin quruluşunu dəyişdirib.

 


503 illik tarixi hamamın gecə klubu kimi istifadə olunmasına Kastamonu sakinləri də etiraz edir. Hamamın ulu babalarının irsinə uyğun istifadə edilməsini istəyən vətəndaşlar, "Təcili olaraq əcdadlarımızın yadigarı hamamın keçmişdə olduğu kimi istifadə etmək istəyirik. Üzümüzü qaraldan (bizi məyus edən - red.) bu abidəyə qarşı dərhal rəsmiləri vəzifəyə çağırırıq",- deyə etiraz edib.

 


1514-cü ildə Osmanlı imperatoru Yavuz Sultan Səlimin müəllimi Həlim Çələbi tərəfindən tikdirilən və Anadoluda bənzəri olmayan hamam 2012-ci ilə qədər hamam kimi istifadə edilib. Cüt Hamam Türkiyə Fondlar Bölgə İdarəsi tərəfindən keçirilən tender nəticəsində, 2013-cü ildə içkili gecə klubuna çevrilib. Osmanlı irsi olan hamamın içində indi isə, "Çılğın Parti" və "İçkili Parti" adı altında partilər edilir.

 

 

Sakinlər İslamın ən mühüm şəxsiyyəti və ilk Osmanlı xəlifəsi olan Yavuz Sultan Səlim xan dövründə tikilən hamamın gecə klubu kimi istifadə edilməsinin vicdanlarını sızlatdığını bildirib.

Etiraz edən bəzi vətəndaşlar Osmanlı padşahlarının adlarının əsərlərdə istifadə edilməyə başlandığını xatırladaraq, "Yeni əsərlərə Osmanlı padşahlarının adını vermək yetərli deyil. O padşahlardan qalan miraslara sahib çıxılmalıdır. Bu dövrdə belə bir quruluşa bu şəkildə icazə verilməsi qalmaqaldır",- deyilib.

 


Türkiyədə Osmanlı mirası, yarım eralıq abidə gecə klubu oldu - FOTO-TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • SEPAH İran və Britaniya vətəndaşlığını daşıyan şəxsi saxlayıb
    Britaniya Xarici İşlər Nazirliyi Tehranda İran və Britaniya vətəndaşlığını daşıyan şəxsin saxlandığı barədə xəbərləri nəzərdən keçirir.
     26.04.2018
    ADR Hərəkati: Əhalinin əksəriyyəti pensiya ala bilməyəcək
    Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir,
     26.04.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ