EURO 1,8398 TRY 0,251
USD 1,7 RUB 0,0224
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.03.2020 10:30:19

Türkiyədə yeni növ koronavirus (Kovid-19) epidemiyasına yoluxanların sayı 47 nəfərə çatıb.

İslamazeri.com  Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca şəxsi ''Twitter'' səhifəsində yazıb.

Fəxrəddin Koca bildirib ki, 29 nəfərdə də yeni növ koronavirus aşkar edilib. Bunların əksəriyyəti ABŞ, Orta Şərq ölkələri, Avropa və Ümrədən qayıdan vətəndaşlardır.
Bu arada vətəndaşları koronavirus epidemiyasından qorumaq və virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür.

Bu çərçivədə dünyada sürətlə yayılan yeni növ koronavirusun qarşısının alınması məqsədilə Türkiyədə ictimai və sosial obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb. Məlumatda qeyd edilib ki, əyləncə mərkəzləri, idman salonları, kino və teatr salonları da daxil olmaqla, vətəndaşların toplana biləcəyi bütün ictimai obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb.

Məlumatda həmçinin yerli vaxtla saat 08.00-dan etibarən  İngiltərə, İsveçrə, Səudiyyə Ərəbistanı, Misir, İrlandiya və Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə edilən uçuşlar da müvəqqəti olaraq dayandırılıb.
Dini İşləri üzrə İdarənin rəhbəri  Əli Erbaş bildirib ki, yeni növ  koronavirusun yayılma təhlükəsi aradan qalxana qədər məscidlərdə  xüsusilə cümə namazları qılınmayacaq.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan martın 18-də mövzu ilə əlaqədar  iclas keçirəcək.


Türkiyədə koronavirus xəstələrinin sayı 47 oldu

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Koronavirusa yoluxan Conson reanimasiya şöbəsinə yerləşdirildi
    Bu haqda Britaniya baş nazirinin ofisindən xəbər verilib.
     07.04.2020
    Nyu-York: Koronavirusa görə ölənləri parkda dəfn edəcəklər
    Nyu-Yorkun qanunvericilik orqanının nüfuzlu üzvü Mark Levin bildirib ki, koronavirus qurbanlarını müvəqqəti olaraq şəhər parklarında dəfn etmək lazım gələcək.
     07.04.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ