EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:12.07.2017 18:18:54

Konyanın mərkəz Məram ilçəsində İŞİD terror təşkilatına qarşı əməliyyatda 5 terrorçu zərərsizləşdirilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, alınan məlumata görə, İŞİD terror təşkilatına qarşı əməliyyat aparan polis dəstələri şəhər mərkəzində müəyyən olunan ünvana basqın təşkil etdi.

Əməliyyatda, Məram ilçəsi Dörttokka prospektindəki bir evdə polis dəstələri ilə terrorçular arasında qarşıdurma baş verib.

Əlavə birliklər göndərilən bölgədəki əməliyyatda 5 terrorçu zərərsizləşdirilib. Qarşıdurmada, 4 polis məmuru yüngül şəkildə yaralanıb.

Konya Valiliyindən edilən yazılı açıqlamada, mərkəz Məram ilçəsi Dutlukır mövqeyində yerləşən hərbi hissələrin şəxsi heyət xidmət və xüsusi avtomobillərinin marşrutundakı yaşayış və iş yerlərinə qarşı önləyici təhlükəsizlik tədbirləri çərçivəsində işlər görüldüyü qeyd olunub.

Bu işlərdə Dörttokka prospektindəki özəl bir binanı icarəyə götürən A.Y. adlı bir nəfərin İŞİD silahlı terror təşkilatı üzvü olmaq cinayətindən hüquq-mühafizə orqanları tərəfindən axtarıldığını müəyyən edildiyi ifadə edilən açıqlamada, haqqında nəzarət qərarı olan A.Y-nin tutulması məqsədilə səhər saatlarında bildirilən ünvana əməliyyat keçirildiyi bildirilib.

Bəyanatda bunlar qeyd edilib:
"Əməliyyat həyata keçirilən binada edilən ilk axtarışda, 5 ədəd kalaşnikov, 1 ədəd tapança, bu silahlara aid çox sayda sursat ələ keçirilmiş olub, ələ keçirilən şəxslərin kimliklərinin təsbitinə yönəlmiş işlərə davam etdirilir."


Türkiyədə İŞİD terrorçuları ilə polis arasında qarşıdurma - TƏFƏRRÜAT

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • NATO rəhbəri bir daha Ərdoğandan üzr istədi
    Türkiyə prezidenti bundan əvvəl qeyd olunan insidentə görə NATO rəhbərliyinin üzrxahlığını qəbul etməkdən imtina edib.
     19.11.2017
    Bakıda 16 mərtəbəli binada yanğın: Bina sakinləri təxliyyə edilir
    Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda bina sakinləri təxliyyə edilir.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ