1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HADİSƏ

Kateqoriya : XƏBƏRLƏR

HADİSƏ

Yayınlanma tarixi:02.07.2019 10:27:52

Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib.

İslamazeri.com xəbər verir ki, dünən gecə yerli vaxtla 23:30-da  Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində yerləşən və SOCAR-a məxsus olan "Petkim" limanında gəmidə partlayış baş verib.

Partlayış yanğına səbəb olub.

Hadisə nəticəsində bir nəfər ölüb, 16 nəfər müxtəlif xəsarət alıb.

Məlumata əsasən, hadisənin səbəbi hələ məlum deyil.

DHA-nın məlumatına görə, hadisə ilə bağlı Əliağa qubernatoru Erhan Günay deyib: "SOCAR-a aid Petkim Limanında dəmirli gəmidə partlayış səbəbilə yanğın baş verib. Yaralanan 15 italiyalı və 1 rumin vətəndaşı xəstəxanaya çatdırılıb. Qurudan və dənizdən müdaxilə edilən yanğın, nəzarət altına alınıb."

İzmir Prokurorluğu araşdırmalara başlayıb.


Türkiyədə gəmidə partlayış və yanğın, ölənlər var - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda 38 yaşlı kişini küçədə bıçaqladılar
    Bakıda küçədə bıçaqlanma hadisəsi baş verib.
     19.08.2019
    Daha bir rayona yeni polis rəisi təyin edilib
    Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.
     19.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ