EURO 1,9062 NEFT 51,38
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:18.05.2017 18:24:15

Türkiyənin Uşak şəhərində 4-6 yaş arası uşaqlara təhsil verən özəl uşaq bağçası və gündüz baxım evi barəsində cinayət işi açılıb. 4- 6 yaş arasındakı uşaqların əmmaməli, sarıqlı və hicablı fotoları ilə məsciddə imamın arxasında namaza dayandıqları fotoşəkilləri istintaqın əsası olub.

İslamazeri.com "Milli Gazete"yə istinadən xəbər verir ki, Uşak Ailə və Sosial Siyasətlər İl İdarəsi 4- 6 yaş arasındakı uşaqların əmmaməli, sarıqlı və hicablı fotoları ilə məsciddə imamın arxasında namaza dayandıqları fotoşəkilləri sosial şəbəkə saytında paylaşan özəl uşaq bağçası və gündüz baxım evi haqqında istintaq başladıb. 



MÜƏYYƏN BİR TƏBƏQƏ NARAHAT OLUB

 

Türkiyə daxilində fəaliyyət göstərən bir vəqfin sahibi olduğu Uşak şəhər mərkəzindəki özəl uşaq bağçası və gündüz baxım evi Facebook səhifəsində 4- 6 yaş qrupundakı uşaqların məscid ziyarətinə dair fotoları paylaşıb. Oğlan və qız uşaqlarının sarıqlı, araqçınlı, hicablılı və s. milli-dini paltarlı fotoları ilə məsciddə imamın arxasında namaza dayandıqları fotoşəkilləri müəyyən bir təbəqəni narahat edib. 



İSTİNTAQ BAŞLADILIB

 

Uşak Ailə və Sosial Siyasətlər İl İdarəsi uşaqların üzərindəki paltarlar və bunun sosial mediada paylaşılmasından cavabdeh hesab etdiyi uşaq bağçası və gündüz baxım evi haqqında istintaq başladıb.

 

TƏŞKİLATLAR DƏSTƏK VERİB


Özəl uşaq bağçası və gündüz baxım evində "hələ ki, qələm tutmağı bilməyən uşaqlara dini təhsil adı altında belə paltarlar geyindirildiyini",- deyən "Eğitm-Sen Uşak Şöbə rəhbəri Burak Yavaş bunu edənlərin "şəriət həsrəti" içərisində olduğunu müdafiə edib.

 

"PALTARLAR ORTA ƏSR TƏFƏKKÜRLÜDÜR"

 

Atatürkçü Düşüncə Dərnəyi Uşak Şöbə müdiri Arif Güvənir də uşaqların orta əsr təfəkkürü ilə maarifləndirilməsinin onları təəssüfləndiyini bildirərək, "İlk növbədə zehniyyəti dəyişdirərək, İslami həyatı hər kəsin öz vicdanında yaşaması lazım olduğu öyrədilməlidir. Uşaqların bir qisminə dünyəvi və elmi təhsil, bir qisminə də məzhəbi və dini təhsil veriləndə bu uşaqlar böyüdükdən sonra bir-birinə düşmən olar",- deyib.


Türkiyədə əmmaməli və hicablı uşaqların olduğu bağça barədə istintaq başladılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Fransanın yeni prezidenti: Fələstini qəbul etməyəcəyəm!
    Fransanın yeni prezidenti Fələstinə olan baxışını dilə gətirib.
     26.05.2017
    Azərbaycan tütün idxalını artırıb
    Ölkəyə idxal olunmuş tütün və tütün məmulatları ümumi idxalın 2,1%-ni təşkil edib
     26.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ