EURO 1,9062 NEFT 52,3
USD 1,702 RUB 0,03
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MARAQLI

Kateqoriya : XƏBƏRLƏR

MARAQLI

Yayınlanma tarixi:16.05.2017 12:04:25

Türkiyənin Sivas ilində tapdıqları quşun dünyanın ən əsrarəngiz quşlarından əbabil (Adi Uzunqanad) quşu olduğunu öyrənən vətəndaşlar xeyli təəccüblənib.

Dünyanın ən nadir quşlarından biri olan, özünəməxsus xüsusiyyətləri ilə hələ də sirrini qoruyan əbabil (Adi Uzunqanad) quşu Sivasda maraq doğurub. Əbabil quşu haradasa bütün ömrünü uçaraq keçirdiyi üçün havada tez-tez görülsə də yerdə çox nadir görünür.

İslamazeri.com "Milli Gazete"yə istinadən xəbər verir ki, Sami Gül adlı Türkiyə sakini zöhr namazının ardınca Gazi Osman paşa məscidinin həyətində hərəkətsiz dayanan bir quş görüb. Quşun susuz qaldığını düşünən Gül əlinə götürdüyü quşu su içməsi üçün fəvvarənin başına gətirib. Gül quşun qaçmaması, sağlam olmasına baxmayaraq reaksiya verməməsinə xeyli təəccüblənib.

Quşun cinsinin əbabil olduğu məlum olduqda isə inanmaqda çətinlik çəkib. Əbabil quşunu görənlərin bir il boyunca sıxıntı yaşamayacağı deyimini bilənlər quşun yanına gələrək, toxunaraq incələyiblər.

Sami Gül, "Namazdan çıxanda quş bağda ağacların arasında yatmışdı. Su içməsi üçün alıb buraya gətirdim. Əbabil quşu olduğunu öyrəndik. Bu quş adətən həmişə havada olurmuş. Yerə endikləri vaxt bir daha uçmurmuşlar", deyib.

 

Quranda adı çəkilir

Əbabil quşu Qurani-Kərimdə adından bəhs edilən nadir quşlardan biridir. 570-ci ildə Yəmən valisi Əbrəhə Kəbəni dağıtmaq üçün fillərdən ibarət ordusu ilə Kəbəyə doğru hərəkət edir. Kəbənin girişində əbabil quşlarından ibarət sürü dimdikləri ilə daşıdıqları daşları fil sürüsünün üstünə atır. Əbrəhənin fil ordusu atılan daşlarla məğlub olur. Fil surəsində də bu hadisə nəql edilir.

Bütün ömrünü uçaraq keçirir

Əbabil quşları digər quşlardan fərqli olaraq bütün ömürlərini uçaraq keçirir. Yalnız çoxalmaq üçün yerə enir və bir daha havaya qalxmırlar. Özlərinə xas qanad quruluşu uçarkən eyni zamanda yatmasını təmin edir. Bütün canlı növlərindən qaçdıqları üçün nadir görülürlər. Xalq arasında əbabil quşunu görənlərin o il heç bir sıxıntı yaşamayacaqlarına inanılır.


Türkiyədə əbabil quşu tapılıb

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Şəkinin turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO
    Tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yolunu yenidən qurulmasına başlanıb.
     27.05.2017
    DTX rəisi:
    DTX rəisi qeyd edib ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdu və təbii ki, burada casuslar da var: "Ancaq biz onları zərərsizləşdiririk".
     27.05.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ