1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. TƏHSİL

Kateqoriya : XƏBƏRLƏR

TƏHSİL

Yayınlanma tarixi:04.07.2017 19:01:35

Azərbaycanlı abituriyentlərin və tələbələrin də ciddi diqqət mərkəzində olan Türkiyə universitetlərinə qəbul mövsümü başlayır.

İyul ayından Türkiyənin bir sıra universitetləri abituriyenlərə seçmək istədikləri peşə, ixtisas və universitetlər mövzusunda kömək etmək məqsədilə “Seçim Günləri" (TG, - "Tercih Günleri”) adlı sərgilərə start verir. Hər bir universitetin fərqli vaxtlarda təyin etdiyi bu bilik sərgilərində ali məktəblərə qəbul olunmaq istəyənlərə universtetlər haqqında məlumatlar, ixtisas seçimi, təhsil haqları və müddətləri, xaricdən gələn tələbələrin yerləşdirilməsi və yaşayış qaydaları, təhsil təqaüdləri kimi bir sıra mühüm suallara və mövzulara birbaşa universitet məsulları tərəfindən aydınlıq gətirilir.

SalamNews-un İstanbuldakı xüsusi müxbiri TG-lərdə iştirak edərək oxucuları mövzu ilə bağlı məlumatlandırmağa çalışacaq. 

Cari ilin ilk TG tədbiri Türkiyədə yeni açılmış İbn Haldun Universiteti (İHÜ) ilə başlayacaq.

İHÜ-dən verilən açıqlamaya əsasən, universitetdə TG 7-31 iyul tarixlərində təhsil müəssisəsinin əsas binasında keçiriləcək.

Qeyd edək ki, burada islam iqtisadiyyatı üzrə fakültə də fəaliyyətə başlayıb.

İstanbul Zaim Universitetində TG sərgiləri 3-26 iyul tarixlərində keçiriləcək. Universitetin Halkalı, Eyüp, Kabataş və Altunzadədəki binalarında elmi heyət birbaşa sualları cavablandıracaq.  

Azərbaycanlı abituriyentlər və tələbələrin maraqlandıqları digər dövlət universiteti - Ankara Dövlət Universitetində TG 13-14 iyul tarixlərinə təyin olunub. Universitet elmsevərlərlə Ankara Altun Parkda görüşəcək.

Azərbaycan abituriyentlərini, bakalavr və magistrlərini daha çox cəlb edən İstanbul Universitetində (İU) isə seçim günləri 16-18 iyul tarixlərində reallaşacaq. Dünyanın təhsil reytinqində öncül yerlərdə olan İU-nun seçim günləri İstanbul Lütfi Kirdar Konqres Mərkəzində keçiriləcək.    

Türkiyənin digər mühüm təhsil müəssisəsi olan Mərmərə Universitetində sözügedən tədbirin 26-29 iyul tarixlərində keçirilməsi gözlənilir. Təhsil müəssisəsi hələ ki, mövzu ilə bağlı məlumat vermir.

İzmir Universitetində isə TG 20-21 iyul tarixlərində İzmir Tepekule Konqres Mərkəzində baş tutacaq.

Antalya Universiteti TG-ni 23 iyul tarixində Antalyanın Memar Sinan Konqres Mərkəzində keçirəcək.(SalamNews/ Mehdi Fərəc)


Türkiyədə ali təhsil almaq istəyənlərin nəzərinə (ARAŞDIRMA)

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ucarda “NİVA” yük maşını ilə toqquşub, 3 nəfər ağır xəsarət alıb
    Məlumata görə zərərçəkənlər hərbiçi olan yaxın qohumlarının yanından gəlirlərmiş.
     24.09.2017
    Hacıqabulda yol qəzası: Yaralananlar var
    Hacıqabulda yol qəzasında 3 nəfər yaralanıb.
     24.09.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ