EURO 1,8623 NEFT 51,48
USD 1,722 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. MƏDƏNİYYƏT

Kateqoriya : XƏBƏRLƏR

MƏDƏNİYYƏT

Yayınlanma tarixi:25.01.2017 13:40:42

Sular altında qalacaq tarixi türbə yeni yerinə daşınacaq...

İslamazeri.az "Sputnik"ə istinadən xəbər verir ki, Türkiyənin Batman şəhərinin Həsənkeyf ilçəsində İlisu Su Anbarının tamamlanmasından sonra su altında qalacaq 650 illik Zeynal Bəy Türbəsi daşıyıcı treyler sisteminin istifadə ediləcəyi 8 saatlıq bir işlə yeni yerinə daşınacaq.

"İlisu Su Anbarı və HES Layihəsi Mədəni İrsi Mühafizə və Xilasetmə İşləri" çərçivəsində Zeynal Bəy Türbəsinin Həsənkeyf Yeni Mədəni Park Ərazisinə köçürülməsi üçün işlər intensiv şəkildə davam etdirilir.

Dövlət Su İşləri İdarəsi tərəfindən 2 il əvvəl tenderə çıxarılan və Diyarbəkir Təbiət İrsini Mühafizə Təşkilatı tərəfindən təsdiq olunan layihəyə görə, 1100 tonluq türbə, bütöv bir şəkildə "Hollandiya" üsulu ilə yeni yerinə daşınacaq.

Daşıyıcı treyler sisteminin istifadə ediləcəyi proses aralarında 6 mühəndis və 3 memarın da olduğu 52 nəfərlik briqada tərəfindən həyata keçiriləcək.

Türbəni daşıyacaq firma işçisi, memar Məsud Yılmaz jurnalistlərə verdiyi açıqlamada, türbənin 2 km uzaqlıqdakı yeni yerinə köçəcəyini deyib.

Tətbiq olunacaq sistemlə türbənin originallığına, görünüşünə, spesifikliyinə heç bir zərər vermədən yeni yerinə köçürüləcəyini deyən Yılmaz, "Daşıma üsulunda heç bir risk yoxdur. Daşıma ərəfəsində eyni marşrutda test məqsədli, eyni vasitəylə və türbənin ağırlığına bərabər bir ağırlıqda daşıma edəcəyik. Türbəni 8 saatda köçürəcəyik" - deyib.

Firma nümayəndəsi Herman Bresser isə 1990-cı ildən bu yana buna bənzər 40 daşıma prosesi həyata keçirdiklərini, 20 metr hündürlüyündəki binanı 12 kilometr uzağa daşıdıqlarını bildirib.

Zeynal Bəy Türbəsi 1462-1482-ci illərdə Həsənkeyfə nəzarət etmiş Azərbaycan-türk sülaləsi olan Ağqoyunlu xanədanlığından qalan yeganə əsər olma xüsusiyyətini daşıyır.


Türkiyədə Ağqoyunlu dövrünə məxsus 650 illik türbənin yeri dəyişdirilir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • HƏMAS: Bütün yəhudilər yox, topraqlarımızı işğal edənlər bizim düşmənimizdir
    "Bizim əsas siyasətimiz işğalçı İsrail rejimiylə mübarizə aparmaqdır..."
     29.03.2017
    Homsda avtobus partladıldı: Ölən və yaralananlar var
    Suriyanın Homs şəhərində terror aktı baş verib.
     29.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ