1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.08.2019 14:00:55

CHP, HDP qərara etiraz edərkən, MHP hökümətin yanında olduqlarını açıqlayıb.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Diyarbəkir, Mardin və Van şəhərlərinin HDP-dən seçilmiş bələdiyyə sədrləri Daxili İşlər nazirliyi tərəfindən vəzifələrindən uzaqlaşdırılıb. Bu qərar konstutusiyaya əlavə edilən yeni bəndlər əsasında mümkün olub.

Qeyd  olunur ki, səhər saat 06:00-da polis Van bələdiyyə binasına gələrək, mühasirəyə almış və bəzi polislər içəri girib. Digər şəhər bələdiyyələri də polis tərəfindən mühasirəyə alınmış və içəri daxil olunduğu önə çəkilir.

Bundan başqa yeni qanunlara görə, bələdiyyə sədrlərinin yerinə hökümət tərəfindən təyin olunan qəyyumlar bu postda olacaqlar.

Hər üç şəhərin bələdiyyə sədri vəzifəsinin icrası, valilərə tapşırılıb.

Diyarbəkir bələdiyyə sədri  Adnan Selçuk Mızraklı, Mardin bələdiyyə sədri  Ahmet Türk və Van bələdiyyə sədri Bedia Özgökçe haqqında prokurorluqda cinayət işi qaldırıldığı da önə çəkilir.

Daxili İşlər nazirliyi açıqlama yayaraq bu addımı, hər üç bələdiyyə sədrinin terror qruplaşmalarına yardım və lojistik dəstək verdiyinə görə, konstutusiyanın qanunlarında göstərilən qərarla uzaqlaşdırıldığını bildirib.

CHP, HDP qərara etiraz edərkən, MHP hökümətin yanında olduqlarını açıqlayıb.

Ən son xəbərə görə, qərardan sonra hər 3 bələdiyyənin çox sayda işçilərinin saxlanıldığı mediada yayılıb.


Türkiyədə 3 şəhərin Bələdiyyə Sədri vəzifəsindən uzaqlaşdırıldı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycan mədəniyyətinə ağır itki, məşhur sima VƏFAT ETDİ
    Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
     14.09.2019
    Vasif Talıbov öz özünü yeni vəzifəyə təyin etdi
    Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
     14.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ