1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:15.07.2019 12:01:48

FETÖ-nun Türkiyədə 15 İyul hərbi çevrilişə cəhdindən 3 il keçir

İslamazeri.com xatırladır ki, Türkiyədə FETÖ-ya bağlı hərbçilərin təşəbbüsü ilə hərbi çevrilişə cəhddən 3 il keçir.

2016-ci il iyulun 15-də bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdi nəticəsində 260 insan dünyasını dəyişib, 2 mindən çox insan isə yaralanıb.

Bu hadisədən sonra 150 min rəsmi işdən azad olunub və çevrilişlə əlaqədə ittiham olunanların bəzilərinin istintaqı davam edir.

Türkiyə bu çevrilişin FETÖ lideri Fətullah Gülən tərəfindən hazırlandığını və buna dair bəzi sübutları öz mediasında sənədli film şəkilində yayımlayır.

FETÖ lideri bu ittihamları qəbul etməsədə bəzi fətullahçılar çevrilişə cəhddə əlləri olduğunu və yuxarıların əmrilə icra edildiyini etiraf ediblər.

Hadisələrin qısa xronologiyası...

İlk öncə FETÖ-ya bağlı hərbçilərinin bir qrupu parlament binası və prezident sarayını bombalayaraq İstanbul və Ankara küçələrinə tanklar yeridib, hakimiyyəti devirməyə cəhd göstərib. Bunu TRT-yə basqın edən FETÖ-cular əvvəlki hərbi çevrilişdəki kimi elan edərək müvəffəq olacaqlarını düşünsələr də, Ərdoğan xalqı küçələrə çağırır;  Polis və FETÖ-ya bağlı olmayan hərbçilər bu çevrilişə cəhdin qarşısını ala bilirlər.

"Darbe"nin əmrini verən generallar, polkovniklər bir neçə gün içində həbs olunaraq istintaqa təhvil verilirlər.

- Hazırda Türk xalqı 15 İyul FETO-nun xain planlarının 3 ildönümünü qeyd etməklə, şəhidlərinin xatirəsini ehtiramla yad edirlər.


Türkiyədə 15 İyul hərbi çevrilişə cəhddən 3 il keçir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Deputat Yevda Abramovun ölməsini təsdiqlədi
    Milli Məclisin deputatı Yevda Abramov vəfat edib.
     06.12.2019
     İran Kürdistanında toyda partlayış: 1 günlük yas elan olundu
    Partlayışın terror hücumu nəticəsində baş vermə iddiası təkzib olunub
     06.12.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ