Türkiyə Venesuelada məscid tikəcək.

İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə Venesuelanın paytaxtı Karakas şəhərində yeni məscidin inşasını maliyyələşdirəcək. Müvafiq xahişlə Venesuela rəhbərliyi Türkiyə tərəfinə müraciət edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan venesuelalı həmkarı Nikolas Maduro ilə keçirdiyi ortaq mətbuat konfransı zamanı bu haqda açıqlama verib.
Hazırda, Ərdoğanın sözlərinə görə, uyğun torpaq sahəsinin axtarışı üzrə işlər aparılır. Müsəlman məbədinin inşası işləri Karakas rəhbərliyi uyğun yer tapan kimi başlayacaq.
Türkiyə xristian ölkəsində məscid tikdirəcək