EURO 2,0948 NEFT 69,82
USD 1,7001 RUB 0,0302
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:02.01.2018 14:07:02

Türkiyə və Rusiya XİN İrandakı iğtişaş və etirazlarla bağlı açıqlama yayıblar

İslamazeri.com TRT-yə istinadən xəbər  verir ki, Türkiyə Xarici İşlər Nazirliyi İranda 20-dən artıq şəhərdə davam edən etiraz aksiyalarına münasibət bildirib. Açıqlamada İranda dekabrın 28-də başlayan etiraz aksiyalarının yayılaraq davam etdiyi və baş verən hadisələrdə ölənlərin olduğu, həmçinin ictimai binara ziyan yetirildiyi barədəki xəbərlərdən naharatlıq duyulduğu vurğulanıb.

Açıqlamada Türkiyənin dost və qardaş İranın ictimai dinclik və  sabitliyinin qorunmasına böyük əhəmiyyət verdiyi bildirilərək qeyd olunub ki, prezident Həsən Ruhaninin xalqın sülhməqsədli nümayiş keçirməyə haqqı olduğu, ancaq qanunların tapdalanması və ictimai mülkə zərər yetirilməsi barədəki açıqlaması nəzərdə tutularaq zorakılıqdan və təxribatçılıqdan imtina edilməlidir.

Açıqlamada həmçinin “Yaxın zamanda bu ölkədə dincliyin təmin edilməsini və məntiqin qələbə çalaraq hadisələrin artmasının qarşısının alınmasını, hadisələri təhrik edəcək ifadələr və xarici müdaxilələrdən imtina edilməsini diləyirik” ifadələrinə də yer verilib.

Rusiya: İrana xarici müdaxilə yolverilməzdir...

Məsələ ilə bağlı Rusiyadan da, açıqlama gəlib. İrandakı etiraz aksiyalarının zorakılıq və qan axıdılaraq şiddətləndirilməməsinə ümid etdiyini bildirən Rusiya Xarici İşlər Nazirliyi ölkəyə xarici müdaxilənin qəbul edilə bilməyəcəyini vurğulayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, İranda 5 gündür davam edən etiraz aksiyaları ölkənin daxili məsələsidir. Hadisələrin zorakılıq və qan axıdılaraq şiddətləndirilməməsinə ümid edilir. Ölkədəki vəziyyəti sabitsizləşdirə biləcək xarici müdaxilələr qəbul edilə bilməz.


Türkiyə və Rusiyadan İrandakı etiraz və iğtişaşlarla bağlı açııqlama

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Myanmada 100 il tarixi olan məscid söküldü
    Myanmada 100 ildən daha çox tarixi olan bir neçə məscid
     24.01.2018
    Müsəlmanların dünyanı dəyişmiş ixtiraları  - FOTO
    Nə yazıq ki, bu dühaların çoxunun adlarını ya bilmirik, ya da bilməyə çalışmırıq.
     24.01.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ