EURO 1,8799 TRY 0,2973
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:19.06.2019 13:06:54

Bu qəziyyənin hər hansı formada nəticəsi bizə də birbaşa toxunacaq.

Türkiyə RF və ABŞ arasında seçimdə
Türkiyə Cümhiryyəti Müdafiə Sənayesi Müfəttişliyi 2000-ci illərin əvvəllərindən etibarən hava hücumundan müdafiə sistemlərilə bağlı açdığı tenderlər hamısı nəticəsiz qaldı. 2011-ci ildə Suriya müharibəsinin başlaması ilə bölgədəki vəziyyət Türkiyəyə qarşı təhdidlərin də yenidən gündəmə gəlməsinə səbəb oldu. Məsələ ilə bağlı NATO müttəfiqi ABŞ-la “Patriot” Hava Hücumundan Müdafiə Sisteminin (HHMS) alınmasına dair aparılan bir sıra danışıqlar isə nəhayətdə Türkiyə üçün nəticəsiz qaldı.
Dünya gündəmini təqib edənlər bilir ki, son dönəmin ən mühüm mövzularından biri də Türkiyənin nəhayətdə Rusiyadan S-400 HHMS-ni alacaq, ya yox? Bəziləri çıxıb deyə bilər ki, bizim üçün bu məsələ nə qədər mühümdür, nə qədər maraqlıdır? Cavab verirəm; bu məsələ birbaşa bizim də təhlükəsizlik məsələmizdir. Təkcə ona görə yox ki, Türkiyə bizə doğma ölkədir, bir sıra digər səbəblər də vardır. Bu qəziyyənin hər hansı formada nəticəsi bizə də birbaşa toxunacaq.
ABŞ son 2 ayda hər cür təzyiq yoluna baş vurdu ki, Türkiyə bu addından geri çəkilsin. Bundan əvvəl bənzər təzyiq-təhdirlər nəticəsində 2015-ci ildə Çinlə bənzər anlaşma imzalayan, lakin sonda imtina etməli olan Türkiyə bu dəfə də istəyindən vaz keçəcək kimi görünmür. Bu dəfə Türkiyə qətiyyətli təsir bağışlayır. Bunu görən Amerika əvvəlcə müdafiə naziri əvəzi Patrik Şanaxan vasitəsilə Türkiyə Silahlı Qüvvələr Baş Qərargah rəisi Hulusi Akara təhdid dolu məktub ünvanladı. Ardınca bu məktubdakı maddəllər şəxsən də telefon daşığı vasitəsilə qarşı tərəf çatdırıldı. İyunun ilk yarısında isə Türkiyəyə qarşı sanksiyalar Amerika parlamentində təsdiqləndi. ABŞ-ın qanunvericiliyinin CAATSA qanunu çərçivəsində ABŞ Türkiyəyə növbəti sanksiyalar silsiləsinə start verdi. Eyni ərəfədə ABŞ Pensilvaniyada F-35 təlimləri alan 20-ə yaxın türkiyəli pilotun tədrisini dayandıraraq pilotları geri göndərdi.

Daha sonra F-35 qırıcılarının 935 çeşid ehtiyyat hissəsinin 400-dən çoxu ABŞ-ın sifarişi ilə Türkiyədə istehsal edilirdi ki, bu layihə də
dayandırıldı. 2020-ci ildən bu sifarişlər başqa ölkələrə istiqamətləndirildi. CAATSA çərçivəsində bir sıra başqa addımlar da nəzərdə tutulur ki, bu barədə bir qədər sonra. Bəs yaxşı, gerçəkdən də bu məsələdə ABŞ-Türkiyə münasibətlərini tamamilə kəsəcək səbəb nədir? Məsələ yalnız ABŞ-da silah satıcılarının maraqlarının tapdalanmasıdırmı? Dəfələrlə Türkiyənin “Patriot” sistemlərini tələb etməsinə, Amerikanın “verəcəm” deyib sonda vermədiyi halda nədən NATO müttəfiqi ilə belə davranır? Onu da qeyd edim ki, ABŞ ötən il “Patriot” hissələrini Gazientepdə qursa da, 1 il sonra bütün sistem sökülərək geri,
Amerikaya qaytarılıb. Beləliklə, Türkiyənin öz hava təhlükəsizliyi təmin etmək üçün baş vurduğu ən böyük müttəfiqi onu yarıyolda qoydu. Suriya, Aralıq dənizi, Kipr və digər Türkiyə ətrafı bölgələrdə barıt çəlləyinin getdikcə alovlandığı bir dönəmdə ölkəsinin təhlükəsizliyini təmin etməyi hədəfləyən Ərdoğan iqtidarı təbii ki, belə bir halda digər seçimlərə müraciət edəcəkdi. Suriya müharibəsinin ən şiddətli çağlarında birgə addımlayan iki NATO müttəfiqini bu qədər bir-birindən uzaqlaşdıran nədir görəsən? Nə oldu ki, İŞİD və bənzər terror qruplarına silah, daşınma və sair əməliyyatlarda bir nömrəli tranzit rolu

oynayan Türkiyə birdən əski müttəfiqlərindən bu qədər uzaqlaşdı?
Niyə “Patriot” deyil, “S-400”?
Amerikanın təhdidkar ritorikasına rəğmən Ərdoğan 13 iyun çıxışında Rusiya ilə bəhsi keçən ticarəti qəti şəkildə reallaşdıracaqlarını bir daha qətiyyətlə vurğuladı. ““Türkiyə S-400 raket sistemini alacaqdır” demirəm, almışdır. Bu iş bitib. Növbəti ay sistem bizə təhvil veriləcəkdir. Türkiyə “F-35”lərin ancaq müştərisi deyi, həm də istehsalında şərikdir. (S-400) Uğyun qiymətə olmaqla yanaşı istehsalına da başlamaq barədə söz alaraq sazişimizi imzaladıq. İnşaAllah, qısa zamanda gəlir”. Ak Parti fraksiya toplantısında partiya sədri belə bildirib. Türkiyə bu sistemlərdən bir batareyasını Antaliya ətrafında, Aralıq dənizinin qərbində, digər batareyasını ölkənin şərqində, Suriya sərhədləri yaxınlığında qurmağı planlaşdırır. Hər iki bölgə qırıcılarının əksəriyyəti “F-35”lərdən ibarət sionist rejimin təhlükəsizlik maraqlarını bir başa zərbə altında qoyur. Çünki “F-35”lər hər nə qədər Amerikanın ən müasir və bahalı qırıcları, eyni zamanda ən uğurlu mühəndis işi hesab olunsa da, S-400 zenit-raket sistemi bu qırıcıların hərəkət trayektoriyasını anında təsbit edib
10 saniyə ərzində adekvat reaksiya verə bilir. ABŞ “Patriot”u “F-16”ları düşmən hədəfləri kimi tanımır, lakin Rusiyanın “S-400”ü bu qırıcıları düşmən hədəfləri kimi tanıyaraq dərhal kəşfiyyat məlumatlarını emal edir. Əgər Türkiyə bu batareyalardan birini Ege dənizi hövzəsində qurarsa, bu o deməkdir ki, Türkiyə Kipr ətrafında hər hansı quş uşarsa, yalnız anında bundan xəbər tutmayacaq, bu “quş”ların hara nə məqsədlə “uç”duğunu da təyin edə biləcək, qarşılıq verə biləcək. Kipr ətrafında və Aralıq dənizindəki son aylardakı canlanma da təsadüfi deyil, bu haqda qarşıdakı yazılarda, inşaAllah. Vəziyyətin həssaslığını anlamaq üçün təkcə bunu vurğulamaq yetər ki, mayın sonunda İngiltərə Kiprin yunan kəsimindəki Marham ingilis hərbi bazasına 121 ədəd F-35 qırıcısı yerləşdirib. S-400 isə bu nəsil qırıcıların hərəkətinə aid bütün məlumatları əldə etməyə qadirdir. Hətta daha dəqiq desək, bu sistem “F” nəslindən bütün növ qırıcıların addımlarını təsbit etmək və qarşılıq verə bilmək qüdrətinə malikdir. Sistemin ən ciddi cəhətlərindən biri isə budur ki, “F-35”lər bu sistemin onu aşkar etməsini ən son saniyələrdə anlayır. Bu da “F-35”ləri “S-400”ün qaçılmaz qurbanına çevirir.
S-400 HHMS-nin texniki-xarakterikası 

Hazırda bu sistem dünyada silah sənayesinin ən yaxşı müdafiə sistemlərindən biri
kimi qiymətləndirilir.
* S-400 qırıcı təyyarələri, radar təsbit və nəzarət təyyarələri, kəşfiyyat, strateji və taktik təyyarələri, taktik, əməliyyat-taktik ballistik raketləri, orta mənzilli ballistik raketləri, aerodinamik (səsdən sürətli) hədəfləri və digər müasir hücum silahlarını məhv etmək üçün işlənib. S-400 RƏM sistemilə ABŞ orudusunda istifadə olunan radara düşməyən qırıcılar və ballistik raketlər tamamilə zərərsizləşdirilə bilir.
* “S-400”ün çox uzunmənzilli 40N6 model raketləri 400 km-dəki, uzunmənzilli 48N6 model raketlə 50 km-dəki, orta mənzilli 9M96E model raketlə də 40 km-dəki hədəfləri vura bilir.
* Bir S-400 taboru ən azı bir mobil əməliyyat-qərargah məntəqəsindən, 8 atış bloku və 32 raketdən ibarətdir. Qısa, orta və uzunmənzillərdə raketləri eyni vaxtda istifadə etmək xüsusiyyətinə malik S-400 600 km uzaqlıqdakı hədəfləri təyin etmək qüdrətinə malikdir və bu hədəflərə saniyədə 4.8 km sürətlə raket göndərə bilir. Sistem hədəflərə 10 saniyədən az bir müddətdə reaksiya verə bilir.
* S-400 HHMS-nin hədəfləri arasında B-2 və F-117 kimi görünməz təyyarələr, B-1, F-111 və B-52H strateji bombardman təyyarələri, EF-111A və EA-6 elektron döyüş qırıcıları, TR-1 kəşfiyyat təyyarəsi, E-3A və E-2C erkən xəbərdarlıq radar (Avaks) təyyarələri, Tomahavk raketləri və bütün ballistik raketlər yer almaqdadır.
*  Rusiyada Moskva, Cənub Hərbi Dairəsində və Baltik Donanması olmaqla ümumilikdə 5 ədəd S-400 alayı mövcuddur. Hər alayda 8 atış blokunun olduğu 2 tabur yer almaqdadır. Rusiyadakı S-400 taborlarının 2020-ci ilədək 56-ya çıxarılması nəzərdə tutulub.
* S-400 HHMS-nin raketləri yerdən 5 m hündürlükdəki hədəfləri vura bilir. Onun amerikalı rəqibi (Patirot) isə bunu yer üzərindəki ən azı 100 m hündürlükdən edə bilir.
* S-400 HHMS müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qadirdir.
* S-400 HHMS “İsgəndər” və “Baston” sinifli gəmi əleyhinə raket kompleksləri kimi sistemlərlə yanaşı Qərbdə “Giriş Qadağan Zonası” (A2/AD) kimi tanınan Rusiyanın yeni konsepsiyasının əsas silahıdır.
Rusiya S-400 HHMS-nin satışı ilə əlaqədar indiyədək Türkiyədən başqa Çinlə saziş bağlayıb. Rusiya müdafiə sənayesi məsulları fevral ayından Çinlə sistemin birgə istehsalına başladıqlarını da açıqlayıb. Bu günlərdə Rusiya ilə Türkiyə arasında aparılan danışıqlarda isə bu sistemin Türkiyəyə tam şəkildə yerləşdirdikdən sonra daha yeni nəsil və S-400-dən daha çox üstün parametrlərə malik S-500 HHMS-nin iki ölkənin birgə ortaqlığı ilə istehsalı gündəmə gəlib. S-400 satışına dair Hindistan və İran da Rusiya ilə bir sıra danışıqlar aparır. Lakin bu iki ölkə ilə Türkiyə qədər qəti yekunlaşma yoxdur. Son həftədə bu istiqamətdə xüsusilə Hindistana qarşı Amerikanın təhdidləri artıb. Hindistan üzərinə də eynilə Türkiyə ritorikası ilə gedən Amerika Hindistanla hələ təhdid məktublaşmaları və açıqlamaları səviyyəsindədir. Hindistanın da bu satışda geri çəkilməyəcəyi təqdirdə, Amerikanın spesifik sanksiyalar dilinə əl atıb-atmayacağını çox yaxında görəcəyik.

Mehdi Fərəc 

araşdırmaçı yazar - davamı var...


Türkiyə tarixi seçim qarşısında: “S-400”mü, “Patriot”mu? - ARAŞDIRMA

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda bir neçə polis bölmə və şöbələrinə təyinatlar
    Bakının bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
     20.09.2019
    Tanınmış bloqer canlı yayımda öldü - VİDEO
    Daniyal Khan "Tik Tok"un tanınmış pakistanlı bloqeri dostları ilə birlikdə yol qəzası nətcəsində ölüb
     20.09.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ