EURO 1,9783 NEFT 48,54
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:15.07.2017 12:14:13

TBMM sədri İsmayıl Kahraman etdiyi açıqlamada onu təhqir etdiyi və bu səbəblə də Məral Akşənər haqqında 50 min lirəlik təzminat davası açıb və həmçinin Ankara Respublika Baş Prokurorluğuna şikayət edib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahramanın vəkili Səməd Can Olgaçın Ankara Cəza Məhkəməsində açdığı cinayət işinin ərizəsində, İstanbulda bir iftar yeməyindəki söhbət əsnasında TBMM sədrinin Məral Akşənərlə bağlı bir ifadə işlətdiyini iddia edən Akşənərin Kahramanın şəxsini hədəf alaraq, şəxsiyyət hüquqlarına təcavüz məqsədilə fövqəladə ağır təhqirlər etdiyi qeyd edilib.

Akşənərin Kahramanın dini və insani dəyərlərinə təcavüz etdiyi ifadə edilən ərizədə, belə qeyd edilib: "Bu söz və dəyərləndirmələr, bir siyasətçinin digər bir siyasətçi üçün söyləyəcəyi sözlər olaraq qəbul edilə bilməz. Bu sözlərin tənqid olmadığı, düşüncə açıqlaması səviyyəsində olmadığı, açıq şəkildə təhqir və alçaltma məqsədi daşıdığı görünəcəkdir. Bu dil siyasi tənqid sərhədini də aşacaq səviyyədədir. Açıqlanan prinsiplər gözlənilmədən, tənqid obrazı verilərək öz siyasi kimliyini və müvəkkilimin mövqeyinə əsaslanaraq necə olsa, bu sözlərin bir siyasətçinin digər bir siyasətçiyə dediyi sözlər kimi qəbul ediləcəyini düşünərək təhqiramiz dəyərləndirmələr etməsi nə tənqid olaraq, nə də düşüncə açıqlaması olaraq adlandırılır. Onsuz da iddialı da bunun fərqindədir. Məqsədi müvəkkilimə təhqirlə yanaşı, içində olduğu siyasi mühitdəki mövqeyini qorumaq cəhdidir".

Ərizədə bu əsaslarla Akşənərdən 50 min lirə mənəvi təzminat tələb edilib. Kahramanın vəkili Olgaç Akşənər haqqında həmçinin prokurorluğa şikayət edib.


Türkiyə parlamentinin sədri qadın müxalifət liderini məhkəməyə verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Müsəlman ölkəsindən məscidlərə tələb: Oxuduğunuz azan qulağa xoş olsun!
    Qırğızıstanda azanla bağlı yeni qərar qəbul edilib.
     21.07.2017
    Cocuq Mərcanlı kəndi telefon və internetlə təmin olunub
    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub, ailəyə telefon aparatı, modem, noutbuk hədiyyə ediblər. Ailə telefon və internet abunə haqqından azad edilib.
     21.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ