Türkiyə Futbol Federasiyası və texniki dəstənin birgə aldığı qərar ilə təcrübəli oyunçu Mehmet Topalın Türkiyə milli komandasının yeni kapitanı olacağı qeyd olunub.

Türkiyə Futbol Federasiyası və texniki dəstənin birgə aldığı qərar ilə təcrübəli oyunçu Mehmet Topalın Türkiyə milli komandasının yeni kapitanı olacağı qeyd olunub.
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Turanın idman jurnalisti Bilal Meşə ilə aralarında baş verən hadisədən sonra Türkiyə milli komandasından çıxarılması ilə ortaya çıxan kapitan boşluğu ikinci kapitan olan Mehmet Topalın kapitanlığa keçməsi ilə doldurulması planlaşdırılır. Meydança daxili və kənar hərəkətləri ilə rəğbət toplayan təcrübəli oyunçunun Kosova matçından etibarən meydançaya kapitan kimi çıxması gözlənilir.
Türkiyə milli komandasının digər təcrübəli oyunçuları olan Səlcuq İnan və Gökhan Gönül də komandanın 2-ci kapitanları olacaqlar.
Həmçinin oxu: Arda Turanla bağlı daha bir pis xəbər
Türkiyə milli komandasının yeni kapitanı məlum olub