EURO 2,0024 NEFT 78,2
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. İSLAM DÜNYASI

Kateqoriya : XƏBƏRLƏR

İSLAM DÜNYASI

Yayınlanma tarixi:13.10.2017 13:55:13

Hatay əyalət məhkəməsi terrorçuların vurduğu Suriya təyyarəsinin pilotunu 7 aydan sonra sərbəst buraxıb.

Bu ilin martında terrorçular tərəfindən vurularaq Türkiyə ərazisində yerə düşmüş Suriyaya məxsus "Miq-21" qırıcısının pilotu həbsdən azad edilib.

İslamazeri.com "Sputnik"-ə istinadən xəbər verir ki, Hatay əyalət məhkəməsi Mehmet Sufhanın sərbəst buraxılması barədə qərar qəbul edib. Bu barədə Türkiyənin NTV televiziyası bu gün məlumat yayıb.

Bildirilib ki, pilotun dövlət sərhədini pozmaq və casusluq fəaliyyətilə bağlı istintaq işi davam etdiriləcək.

Bildirək ki, martın 4-də "Əhrar əş-Şam" terror qruplaşması Suriya ordusuna məxsus təyyarəni Türkiyə sərhədlərinə yaxın ərazidə vurduğunu elan edib. Vaxtında katapulta edən pilot paraşütlə Türkiyə sərhədlərinin içərisinə doğru ərazidə yerə düşüb. Dərhal xəstəxanaya yerləşdirilmiş pilot barəsində həbs qətimkan tədbiri seçilib.


Türkiyə məhkəməsi suriyalı pilotu azadlığa buraxıb - FOTO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Tramp Rusiya üzrə mütəxəssisi Ermənistana səfir təyin etdi
    Treysinin Ermənistana səfir kimi namizədliyi ABŞ Senatında baxıldıqdan sonra təsdiq olunmalıdır.
     22.09.2018
    Azərbaycan XİN KTMT baş katibininin açıqlamasına münasibət bildirib
    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində bildirilir.
     22.09.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ