EURO 1,923 TRY 0,2477
USD 1,7 RUB 0,0237
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:25.06.2020 14:53:30

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsraili İordan çayının Qərb sahillərini ilhak planını dayandırmağa çağırdı.

İslamazeri.com TRT-yə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu  BMT Təhlükəsizlik Şurasının İsrail-Fələstin problemi və İsrailin işğalı altındakı İordan çayının Qərb sahillərini anneksiya planının müzakirə edildiyi yığıncağa məktub göndərib. Məktubda Türkiyə hökumətinin mövqeyi bildirilərək yazılır: “İsrail işğal altındakı qeyri-qanuni yaşayış məskənləri ilə beynəlxalq hüququ pozur. Bu, iki dövlətli həll, ədalətli sülhə qarşı ən böyük maneələrdən biridir. Yerli vətəndaşlara qarşı həddindən artıq və nisbətsiz güc tətbiqi, Qüdsün statusunun dəyişdirilməsi cəhdləri, Qəzzaya qarşı insanlıqdan uzaq mühasirə fələstinlilərin konstitusiya haqq və azadlıqlarına zərər verir."

Məktubun davamında deyilir: " İsrail son illər işğal altındakı Fələstin torpaqlarında qeyri-qanuni yaşayış məskənlərini genişlədib. Beynəlxalq cəmiyyət İsrailin bu qeyri-qanuni massivlərinin daha da böyütməsinə maneə törətmək üçün hər cür səy göstərmək məcburiyyətindədir.

  Dünya dövlətlərinin böyük əksəriyyəti bu plana qarşı çıxsa da, daim Fələstinin qanuni haqqlarının qorumaq vəzifəsini Türkiyə icra edir və ölkə xalqına tam dəstək verməkdə davam edir.

  İsrail hökumətini yenə qeyri-qanuni yaşayış məskənləri və qeyri-qanuni ilhak planlarını təcili dayandırmağa çağırırıq.''

Anneksiya (lat. anneks-birləşdirmə)— Bir dövlətə məxsus məskunlaşmamış ərazinin digər dövlətə qeyri-qanuni yolla (zorla, qəsb etməklə) birləşdirməsidir. Anneksiya beynəlxalq hüquqda kobud qanun pozuntusudur. Anneksiya nəticəsində ərazilərin zəbt olunmasının qeyri-qanuniliyi Nürnberq hərbi tribunalının hökmündə, həmçinin beynəlxaq müqavilə və aktlarda, o, cümlədən dövlətin daxili işinə qarışmaq, onun suverenliyinə və müstəqilliyinə sədd cəkməyin yol verilməzliyi haqqında BMT-nin 1965-ci il bəyanaməsində, ATƏT-in yekun aktında öz əksini tapmışdır.


Türkiyə İsrail ilə bağlı BMT-yə məktub göndərdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda günlük COVİD 19 statistikası: 513 nəfər yoluxub, 440 nəfər sağalıb
    Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
     06.07.2020
    Məşhur oteldə jurnalistlərə
    1992-ci il təvəllüdlü İsmayıl Babayev həbs olunub.
     06.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ