1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:19.09.2019 11:29:51

Ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizə qədər artaraq, 3,2 və ya 3,4 mlrd. ABŞ dollar civarına çatıb.

Ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 30 faizə qədər artaraq, 3,2 və ya 3,4 mlrd. ABŞ dollar civarına çatıb.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ticarət dövriyyəsi ilə bağlı rəqəmlər kifayət deyil:

 “2015-ci ildən sonra bizim ticarət dövriyyəmiz hətta 5 mlrd. dollar səviyyəsinə də qalxıb. Bizim əsas məqsədimiz tez bir zamanda ən azından 5 mlrd. dollarlıq ticarət səviyyəsini bərpa etmək və daha da artırmaqdır“.

Səfir Türkiyə vitse-prezidentinin bir neçə gün öncə Bakıya səfərinə də toxunub və hökumətlərarası komissiyanın apardığı müzakirələrdə əsas məsələnin iqtisadi əlaqələrin daha da genişləndirilməsi olduğunu vurğulayıb:

“İqtisadi əlaqələrin daha da gücləndirilməsi vacibdir. Bunun üçün artıq ticarətin yetərli olmadığını düşünürük. Hesab edirik ki, investisiyaların həcmi artırılmalıdır. Bundan sonra da ona fokuslanacağıq”.


Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb - Səfir

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Vəhabi təbliğatçı: Azərbaycanlılar dindən çıxıblar, Şahın dönəmində İranla düşmən deyildik - VİDEO
    Abdullah Yolçu türk dilində azərbaycanlıları dindən çıxan - rafizi adlandırır
     18.10.2019
    Polis: Bakı sakinindən 5 kiloqramdan çox heroin götürülüb
    Bakıda 40 yaşlı kişidən külli miqdarda narkotik vasitə götürülüb.
     18.10.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ