1. http://www.islamazeri.com/
  2. TƏHLİL
  3. ARAŞDIRMA

Kateqoriya : TƏHLİL

ARAŞDIRMA

Yayınlanma tarixi:13.03.2017 15:45:58

"Bu Avropa cəmiyyətində parçalanma və qarşıdurmaya səbəb ola bilər..."

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, “TOBB Ekonomi ve Teknoloji Üniversitesi”nin professoru Toğrul İsmayıl bildirib ki, rəsmi Ankara ilə Amsterdam arasındakı böhran Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkəsindəki mövqelərini daha da möhkəmlədəcək.

Avropalılar Türkiyə və Rusiyanı özlərinə düşmən etmək istəyirlər. Bu da Avropa siyasətinin daha da çox radikallaşmasına səbəb olacaq. Avropa İttifaqı ölkələri monoetnik dövlətlər deyil: onların vaxtilə dəvət etdikləri həmin “qastarbayterlər”*, hazırda o ölkələrin tamhüquqlu vətəndaşlarıdırlar. Bu Avropa cəmiyyətində parçalanma və qarşıdurmaya səbəb ola bilər. Avropa Türkiyəyə qarşı fərdi yanaşır.  Əgər avropalı siyasətçilər düşünürlərsə ki, bu addımlarla Ərdoğan və onun partiyasının mövqelərini zəiflədəcəklər, o zaman hər şey əksinə olacaq: Türkiyə lideri, onun partiyası və seçkilərdə onlara səs verəcək şəsxlər daha da çox birləşəcəklər. Hətta müxalifət də bu münaqişədə hakim partiyanı  dəstəklədi.”, - deyə İsmayıl bildirib.

Onun sözlərinə görə, Niderland rəhbərliyi türkiyəli nazirə çıxış Rotterdamdakı Türkiyə Baş konsulluğu ərazisində çıxış etmək fürsəti verməməklə qeyri-qanuni hərəkət edib.

Bu, holland hakimiyyətinin sırf siyasi qərarıdır. Onları fəaliyyətini qanuni adlandırmaq olmaz, onlar nazirə konsulluğa yaxınlaşmağa imkan vermədilər sırf siyasi böhrandır. Buna Avropadakı ultra-sağçı hərəkatın inkişafı və Türkiyə və bütün müsəlman dünyasından düşmən siması yaratmaq cəhdi səbəb oldu.”, - deyə o qeyd edib.

Mütəxəssis bu böhranın Türkiyə ilə Niderland arasında olan ikitərəfli münasibətlərə ciddi təsir edəcəyini gözləmir. “Hollandiyanın Türkiyənin onunla münasibətdə zərər görə biləcəyi ölkə deyil. Müəyyən diplomatik demarşlar (çıxışlar - red.) olacaq, lakin artıq görünür ki, Hollandiya barışmaq və yaranmış vəziyyətdən çıxmaq istəyir.”, - deyə İsmayıl əlavə edib.

*Qastarbayter (almanca: Gastarbeiter tərcüməsi qonaq-işçi deməkdir) öz vətənlərindən uzaqlarda yaşayan və hər hansı bir işlə məşğul olan əcnəbi işçilərdir.


Türkiyə-Hollandiya böhranı Ərdoğanın mövqelərini möhkəmləndirəcək - ANALİZ

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rusiya və İran: ABŞ-ın nüvə müqaviləsinə qarşı münasibəti məsuliyyətsizlikdir
    İran və Rusiya xarici işlər nazirlərinin müavinləri Amerikanın nüvə razılaşmasına qarşı münasibətini məsuliyyətsiz və gərginlik yaradan tendensiya kimi qiymətləndirib.
     20.10.2017
    11 yaşlı qız ABŞ-ın ən gənc alimi oldu - FOTO
    Qitancali Rao bu ilin 3M Gənc Alim Yarışmasını qazanaraq ABŞ-ın bu mükafatı alan ən gənc alimi olub.
     20.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ