EURO 1,9783 NEFT 48,06
USD 1,7012 RUB 0,0289
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:11.07.2017 15:38:31

Türkiyə Silahlı Qüvvələri Mardin və Hakkari çöllərində həyata keçirilən hava hərəkatında 11 terrorçu zərərsizləşdirilib.

İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrindən (TSQ) 11 iyul 2017 tarixində gecə saatlarında, Mardin/Darkeçit çölündə Türkiyə Hava Qüvvələrinə (THQ) məxsus döyüş təyyarələri ilə hava hərəkatı təşkil olunduğu bildirilərək hərəkat hazırlığında olduğu kəşf və müşahidə vasitələri ilə müəyyən edilən səkkiz PKK separatçı terror təşkilatı silahlısının təsirsiz hala gətirildiyi, iki silah mövqeyinin məhv edildiyi qeyd edilib.

Vəzifələrini uğurla icra edən döyüş təyyarələrinin təhlükəsiz şəkildə bazalarına qayıtdıqları bildirilib.

Hakkari çölündə hava hərəkatı

Digər tərəfdən, 11 iyul 2017 tarixində, gecə saatlarında Hakkari çölünə THQ-yə məxsus döyüş təyyarələri ilə hava hərəkatı təşkil olunduğu bildirilərək, hərəkat hazırlığında olduğu kəşf və müşahidə vasitələri ilə təsbit edilən üç PKK silahlısının təsirsiz hala gətirildiyi, bir mağaranın xüsusi sursat istifadə edilərək məhv edildiyi ifadə edilib. Vəzifələrini uğurla icra edən döyüş təyyarələrinin təhlükəsiz şəkildə bazalarına qayıtdıqları qeyd edilib.


Türkiyə Hava Qüvvələrinin 2 əyalətdə zərərsizləşdirdiyi terrorçu sayı açıqlandı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bu sözləri Tehranın bu həftəki cümə xətibi Ayətullah Seyid Əhməd Xatəmi deyib
     23.07.2017
    Suriya - Livan sərhəddində anti-terror əməliyyatları davam edir - VİDEO
    Suriya-Livan sərhəddində yerləşən Qələmun və Ərsal şəhərlərinin terrorçulardan təmizlənmə əməliyyatı davam edir
     23.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ