EURO 2,007 NEFT 62,72
USD 1,7002 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:07.11.2017 19:53:54

Binali Yıldırım "Paradise Papers" ilə bağlı danışıb.

İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, Türkiyə Baş naziri Binali Yıldırım "Paradise Papers" ("Cənnət Sənədləri") sənədlərində oğlu ilə bağlı olan iddialarla bağlı suala "Mən həyatım boyu dənizçiliklə məşğul olmuşam. Siyasətə başlayanda da işlərimi övladlarıma həvalə etdim. Övladlarımın ən kiçiyi 33, ən böyüyü 40 yaşındadır. Yəni, onlar öz işlərini görür və məmləkətə xidmət etməyə çalışır. Siyasətə başlayarkən mənim uşaqlarıma tövsiyəm oldu. "Dövlətlə heç bir iş görməyəcəksiniz, dövlətin banklarından heç bir mənbə istifadə etməyəcəksiniz" - dedim. Dənizçilik qlobaldır, dünyanın hər tərəfində iş görürlər. Bunun gizli bir tərəfi yoxdur" deyib.

Oğulları ilə bağlı iddiaların ilk dəfə ortaya atılmadığını qeyd edən Yıldırım, "Bu şirkətlər açıq fəaliyyət göstərən şirkətlərdir. Bunu araşdıra bilərsiz. Bu iddialar ilk dəfə ortaya atılmadı. İlk dəfə 2008-ci ildə çıxıb. Hamısını açıqladım. Təkrar 2017, mayda gündəmə gəldi. Yenə də açıqladım" deyə bildirib.

Yıldırım sözlərinə belə davam etdi: "Məni öz ağıllarına görə, zəiflətməyə çalışırlar. Millətim məni bilir. Mənim toxunulmazlığım var, amma oğullarımın yoxdur. Hər cür araşdırma və təhlil edilə bilər. Haqsız yerə ittiham edilmələri qəbuledilməzdir. Biz ləyaqətimizlə varıq. Ölkəmiz və millətimiz üçün bütün ömrümüzü vermişik. Bizim üçün ən böyük sərvət etibarımızdır. Gerisi gəlib keçəndir. Ancaq etibar insanı o biri dünyaya qədər daşıyacaq, əldə edilməsi çətin bir məziyyətdir. Baxın, vergi verilmir deyə ittiham edirlər" deyə danışdı.


Türkiyə Baş naziri "Cənnət Sənədləri" barədə danışdı

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • İŞİD Raqqanı tərk etməzdən əvvəl şəhərdə hər bir tikilini minalayıb
    İŞİD terror qruplaşmasının silahlıları Suriyanın Raqqa şəhərini tərk etməzdən əvvəl onun ərazisindəki hər bir tikilini minalayıblar.
     19.11.2017
    Sabirabadda iki avtomobil toqquşub: Yaralanan var
    Sabirabadda 1 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
     19.11.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ