1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. REGİON

Kateqoriya : XƏBƏRLƏR

REGİON

Yayınlanma tarixi:05.01.2017 18:08:26

"Tramp rəhbərliyinin həssas nöqtələrimizi daha çox nəzərə alacağı fikrindəyəm."

İslamazeri.az xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın İncirlik Bazası ilə bağlı davam edən mübahisələrə toxunub. Kalın ""İncirliki bağlayırıq" demək haqqımız hər zaman var" - dedi.

İbrahim Kalın "Kanal 24" televiziyasında Suriyadakı proseslər, Fərat Qalxanı əməliyyatı, ABŞ-la əlaqələr və Astanada keçiriləcək görüşlərə dair bunları dedi:

"PKK-nın Sincardan çıxması bizim üçün olmazsa olmazdır. Mövcud vəziyyətdən Ərbil rəhbərliyi də narahatdır.

Başika düşərgəsinin statusu Baş nazir Yıldırımın İraq ziyarətində danışılacaq.

Müttəfiqlərimizin İŞİD-lə mübarizəyə dəstək verməsini gözləmək haqqımızdır. Son 1 ay 1 ay yarımda yetərli dəstək olmadığını ABŞ-a bildirdik.

 

ABŞ-dan GÖZLƏNTİMİZ ƏL-BABDAKI MÜBARİZƏMİZƏ TAM DƏSTƏK VERMƏSİDİR

ABŞ-dan və koalisiyadan gözləntimiz əl-Babdakı mübarizəmizə tam dəstək verməsidir; Bəhanələrin irəli sürülməsi qəbul edilə bilməz.

Tramp rəhbərliyinin həssas nöqtələrimizi daha çox nəzərə alacağı fikrindəyəm.

 

İNCİRLİKDƏN İSTİFADƏNİN DƏYƏRLƏNDİRİLMƏSİ TƏCİLİLİK TƏŞKİL ETMİR

İncirlikin istifadəsinin dəyərləndirilməsi təcililik təşkil etmir, burada suveren hüququmuz da var. "İncirliki bağlayırıq" - demək haqqımız hər zaman var.

Astana prosesi Suriya müharibəsinin dayandırılması və siyasi keçid üçün çox yaxşı bir fürsətdir.

Suriyada atəşkəs qüvvəyə minib, amma hələ də bəzi pozuntular olur; Bunların dayandırılması lazımdır.

Astana prosesinə qədər atəşkəs qorunur və pozuntular olmazsa, Astana prosesi daha uğurlu olar.


Türkiyə: ABŞ-ın istifadə etdiyi bazanı bağlaya bilərik!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Səfir:  Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
    Danimarka Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
     26.03.2017
    Ərəb kralları Hüsnü Mübarəklə telefon əlaqəsi qurdular
    Ərəb dünyasının krallarından bəziləri Misir diktatoru Hüsnü Mübarəklə telefon bağlantısı yaradıblar
     26.03.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ