EURO 1,8999 NEFT 45,54
USD 1,7022 RUB 0,0285
  1. http://www.islamazeri.com/
  2. MÜSAHİBƏ
  3. MÜNASİBƏT

Kateqoriya : MÜSAHİBƏ

MÜNASİBƏT

Yayınlanma tarixi:30.11.2016 18:30:59

Türkiyənin sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ Suriya prezidenti Bəşər Əsədlə yenidən əlaqə yaradılmasının uzun perspektivdə Türkiyənin xeyrinə olduğunu vurğulayıb...

Türkiyənin sabiq Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ Suriya prezidenti Bəşər Əsədlə yenidən əlaqə yaradılmasının uzun perspektivdə Türkiyənin xeyrinə olduğunu vurğulayıb. Başbuğ "Suriyada daimi sülh üçün başqa alternativ yoxdur" - deyib.

İslamazeri.az-ın xəbərinə görə, ordu generalı Vaşinqtonda nəşr edilən "The Hill" qəzetinə "ABŞ-Türkiyə münasibətlərində problem yaradan nədir və nələr edilməlidir?" başlıqlı məqaləsində, iki ölkə münasibətlərinin Suriyada ABŞ-ın PYD-yə dəstəyi və FETÖ səbəbindən pozulduğunu bildirib, həll yolları təklif edib. Başbuğ ABŞ-ın PYD-yə, Türkiyənin də ASO-ya verdiyi dəstəyi "taktiki yanaşmalar" kimi qiymətləndirərkən, rəsmi Ankaranın ASO-yla birgə apardığı "Fərat Qalxanı" əməliyyatı üçün bu ifadələri işlədib: "Türkiyənin ASO-yla birgə hərəkət etmək qərarı səhvdir və Türkiyə bu siyasəti uzunmüddətli mənafeyi üçün nəzərdən keçirməlidir; Bu maraq cənub sərhədində sabit bir qonşudan keçir."

Başbuğ "iki ölkənin də Suriya böhranına real və davamlı həll tapmaq üçün Rusiya və İran kimi aparıcı regional ölkələrlə bir araya gəlməsinin lazım olduğunu" bildirərək, bu ifadələrə yer verib:

"Bu həll Türkiyəyə yönəlmiş İŞİD və PYD təhdidlərini məğlubiyyətə uğratma strategiyalarını özündə əks etdirməklə yanaşı, eyni zamanda geniş perspektivi də əks etdirməlidir. ABŞ, Türkiyə, Rusiya və İran hamısı Suriyanın ərazi bütövlüyünün qorunduğunu görmək istəyir və fərqliliklərini dəf etmək üçün bir araya gəlməlidirlər. ABŞ-ın nəzərindən bu həm Türkiyəyə, həm də vahid Suriyanın bütövlüyünə real təhlükə yönəldən PYD-yə dəstəyə son qoymaq anlamına gəlir. Türkiyə üçün də, Əsəd hökumətiylə birbaşa dialoq qurmaq mənasına gəlir. Bunlar yaxın perspektivdə çətin qərarlar ola bilər. İran və Rusiya ilə ortaq zəmin tapmaq çətin olacaq, amma Suriyada daimi sülh üçün başqa alternativ yoxdur".

Başbuğ məqaləsinin sonunda iki ölkə münasibətlərinin düzəlməsi üçün ABŞ-ın Fətullah Güləni ekstradisiya etməsi lazım olduğunu da bildirib.


Türk ordu generalı: Ərdoğan Əsədlə əlaqə yaratmalıdır

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Onlar istehlakçıların hüquqlarını pozmaqla məşğuldurlar."
     24.06.2017
    Afrikadakı İslam Respublikasında da Qüds günü qeyd edilib
    İslamazeri.com "Al Alam"a istinadən Afrikada yerləşən müsəlman dövləti Mavritaniyada keçirilən Qüds günü ilə bağlı yürüyüş və tədbirlərdən fotoları təqdim edir.
     24.06.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ