EURO 1,8495 NEFT 52,05
USD 1,7025 RUB 0,0299
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:18.01.2017 16:52:19

Hər nə qədər Türkiyə dəstəyi altındakı müxalif qrupların iştirakı ilə Astana danışıqlarına qatılmağı qəbul etdiyini açıqlasa da, bəzi həqiqətlər bu istəkləri şübhə altına ala bilər, odurki aşağıdakı təhlildəki faktlara diqqət edək

İslamazeri.az "Tasnim"ə istinadən xəbər verir ki, Türkiyənin Suriyanın şimalına müdaxilə etməyə başlamasının üzərindən təxminən beş ay keçməsinə rəğmən Türkiyə, terrorçu qrupları torpaqlarından uzaqlaşdırmaq olaraq iddia etdiyi müdaxilə etmə məqsədinə çatmadı və bu müdaxiləsi ölkəsində terror hücumlarının artmasına, onlarla insanın ölümünə və yaralanmasına səbəb olan nəticələrə səbəb oldu və bu hücumların böyük əksəriyyətinin məsuliyyətini İŞİD öz üzərinə götürdü.

Türkiyə Ordusu dəstəyi altında olan qrupların Hələbin şimal-şərqində yerləşən Əl-Bab şəhərinə təşkil etdiyi ağır hücumların üzərindən bir ay keçməsinə, döyüş təyyarələrinin onlarla hücum təşkil etməsinə və bölgəyə bir çox qüvvənin göndərilməsinə baxmayaraq irəliləyiş qeydə alınmadı və bu vəziyyət Türkiyənin düşdüyü bataqlıqdan çıxmağa gücünün olmadığını göstərir. Və bütün bunlar Türkiyənin Suriyada daha çox ərazini işğal etməyə və Suriya Ordusu və müttəfiqlərinin Hələb şəhərinin azad edilməsindəki böyük uğurlarına təsir göstərmək və media təbliğatı ilə 23 yanvarda hökumət və bəzi müxaliflər arasında keçiriləcək Astana Danışıqlarına getməzdən əvvəl Ankaranın Fərat Qalxanı Əməliyyatları adı altında dəstəklədiyi müxalif qruplara bir media uğuru təqdim etməyə çalışdığını göstərir.

Rəcəb Tayyib Ərdoğanın mətbuat katibinin bəyanatları bu ölkənin Qazaxıstanın paytaxtında keçiriləcək görüşə təsir etməyə çalışdığını vurğulayır. Ərdoğanın mətbuat katibi verdiyi açıqlamada bunları deyib: "Türkiyə, həmçinin Suriyanın Bəşşar Əsədlə bir bütün olaraq və təhlükəsiz bir şəkildə qalmasının mümkün olmadığına inanır, amma addım-addım irəliləmək istəyir."

Bu bəyanatlar Türkiyənin Suriya danışıqlarına mənfi təsiri olan ön şərt təklif etdiyini göstərir.

Türkiyədə bəzi güclərin Suriyadakı münaqişənin siyasi həllini əngəlləməyə çalışması və Suriyada müharibə qızışdırmaq istəməsi bir anlıq bir vəziyyət deyil və Suriya böhranının ilk günlərindən etibarən başlamış və zamanla artmışdır. Eyni zamanda bu tendensiyanın Türkiyənin xüsusən Hələb olmaqla Suriyanın şimalındakı ambisiyası ilə yaxından əlaqəsi var. Ankara Suriya Ordusunun və müttəfiqlərinin Hələbdə irəliləyişinə mane ola bilmədiyi zaman Hələbin şimal şərqindəki strateji Əl-Bab şəhərinə diqqətini yetirmişdir.

Türk höküməti hər nə qədər zahirdə Suriya böhranının həll edilməsini istədiyini bildirsə də əldə olan məlumatlar və hesabatlar bunun əksinə olduğunu göstərir. Belə ki, əldə edilən məlumatlar, Suriyanın şimalındakı Türk komandirlərin silahlı qrupları idarə etmək və onları atəşkəsdən sui-istifadə etməyə və Suriyada yeni əməliyyatlar həyata keçirməyə təşviq etmək üçün bölgədə olduqlarını açıqlayır.

Burada bu məqamlara toxunmalıyıq; Türk hökümətinin Suriya böhranının siyasi olaraq həllinə mane olmaq istəməsinin ən mühüm səbəbləri aşağıdakılardır:

1-Xüsusilə Hələb şəhərinin azad edilməsindən və bir çox bölgənin terrorçu qruplardan təmizlənməsi və bu qrupların geri çəkilməsinin ardınca Türkiyənin mövqeyinin Suriya və müttəfiqlərinin duruşu və mövqeyinə nisbətən daha zəif olması.

2-Türkiyə Ordusunun və Fərat Qalxanı əməliyyatlarını başladan bu ölkənin dəstəklədiyi silahlı qrupların Əl-Bab şəhərinə hakimiyyəti və bu ölkənin mediada da olsa əldə etdiyi bütün uğurlar və Türk cərgələrində təxmin edilmədiyi qədər əsgər tələfatının yaşanması.

3-Ərdoğanın Astanaya getməsinin Suriya Prezidenti Bəşşar Əsədin legitimliyinin birbaşa etirafı anlamına gəldiyini və Ərdoğanın regiondakı planlarına güclü bir zərbə olduğunu çox yaxşı bilir.

4-ABŞ Prezidenti Barak Obama hökumətinin Ərdoğandan imtina etməsi və onu tək qoyaraq Türkiyə hökumətinin çətin düşməni olan kürdləri dəstəkləməsi.

Bəhs edilən bütün bu səbəblər və başqa səbəblərə görə, Türk höküməti Astana Danışıqlarında Suriya böhranının siyasi həllinə mane olması gözlənilir. Burada ağıllara bu sual gəlir: Görəsən, Türk höküməti bu sahədə, yəni Suriya böhranının siyasi olaraq həllinə mane olma məsələsində uğurlu olacaqmı? Ya da Rusiya və İranla razılıq təmin etdikdən sonra təslim olma kimi tam tərsi bir vəziyyət söz mövzusu ola bilərmi?

 


Türk höküməti Suriya böhranını həll etmək istəyirmi? - Əksini deyən 4 SƏBƏB

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Bakıda qadın və kişi binanın eyvanından yıxıldı
    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
     29.04.2017
    Mədə-bağırsaq xəstəliyi olanlara həkimdən təbii resept
    Mədə-bağırsaq xəstəlikləri geniş yayıldığından bununla əlaqədar mütəxəssis reseptini təqdim edirik.
     29.04.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ