EURO 1,9745 NEFT 74,02
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. YAXIN ŞƏRQ

Kateqoriya : XƏBƏRLƏR

YAXIN ŞƏRQ

Yayınlanma tarixi:11.01.2018 15:02:34

"Ərəb baharı"nın ilk baş verdiyi ölkə olan Tunisdə yerli əhali yenidən etiraza qalxıb.

İslamazeri.com İuvmpress.com-a istinadən xəbər verir ki, 20-dən çox şəhərdə küçələrə çıxan narazı kütlə sosial rifahın yaxşılaşdırılması və qiymət artımının ləğvini tələb ediblər.


Tunis hökuməti 3 gündür davam edən etiraz aksiayaları zamanı 50 polis əməkdaşının yaralandığını, 237 nümayişçinin isə saxlandığını açıqlayıb.


Etirazlar zamanı 55 yaşlı nümayişçinin öldüyü də bildirilir.


20-dən artıq şəhərdə polis bölmələri və hökumət binaları nümayişçilər tərəfindən hədəfə çevrilib.
“Anadolu” agentliyinin məlumatına görə, nümayişçilər Tunisin paytaxtına da sıçrayıb və Zəhruni səmtində yolları bağlayıb.


Yerli polis paytaxt Tunis və Tabarba şəhərlərində küçəyə tökülən kütləyə qarşı gözyaşardıcı qazdan istifadə edib. Kayrevan, Nabil, Sus, Kasrine kimi digər vilayətlərdə də polis və nümayişçilər toqquşub, bəzi şəhərlərdə isə qarət halları baş verib.


Ölkəni çalxalayan mitinqlər baş nazir Yusif Şahidlə müxalifətdəki solçu “Patriot Cəbhəsi” arasında qarşılıqlı ittihamlara səbəb olub. Kütləvi iğtişaşlara etiraz edən baş nazir Şahid, narazı kütlənin məhz “Patriot Cəbhəsi” tərəfindən qızışdırıldığını açıqlayıb. Parlamentdə 15 deputatla təmsil olunan “Patriot Cəbhəsi” isə kütləvi iğtişaşların hökumətin işinə yaradığını bəyan edib.


Tunis yenidən “Ərəb baharı”- na qapılıb - VİDEO

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Xorvatiya Argentinanı darmadağın etdi - 1/8 finala çıxdı - VİDEO
    Dünya çempionatında bu gün D qrupunun ilk görüşü oynanılıb.
     22.06.2018
    Alimlər təsdiqlədi - Alkoqollu içkilər xərçəng yaradır
    “Plos Medicine” jurnalında alimlərin növbəti tədqiqatının nəticələri açıqlanıb.
     22.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ