EURO 1,9856 NEFT 48,69
USD 1,7012 RUB 0,0286
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:13.07.2017 12:35:26

Tramp Putinlə ilk görüşü barədə danışıb.

İslamazeri.com-un “Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş zamanı özünü olduqca sərt aparıb.

Xatırladaq ki, Putin və Tramp ilk dəfə olaraq ötən həftə Almaniyanın Hamburq şəhərində keçirilmiş G20 sammiti çərçivəsində şəxsi görüş keçiriblər.

“Mən Putinlə söhbət edərkən olduqca sərt idim.”, - deyə Tramp bildirib. Eyni zamanda o qeyd edib ki, hər iki prezidentin “çox mühüm əlaqələri var.” “Həmin əlaqələr isə çox sayda insan həyatını xilas edə bilər. Məsələn, bu, Suriyadakı barışığın hesabına baş verə bilər.”

Tramp həmçinin etiraf edib ki, ABŞ-dakı seçkilər zamanı Putinin kimi dəstəklədiyi onun üçün maraqlıdır. “Putinin həqiqətən də məni dəstəkləyib-dəstəkləmədiyini öyrənmək istərdim.”, - deyə Ağ Ev başçısı bildirib.

Üstəlik o qeyd edib ki, öz prezidentliyi dövründə rəsmi Moskvanın xoşuna gəlməyəcək bir neçə addım atıb.

“Mənim nələr etdiyimə bir baxın. Neftin qiyməti aşağı düşdü. Biz Polşaya durulaşdırılmış təbii qaz göndəririk. Bu isə Putinin istəmədiyi bir şeydir. Bundan başqa, ötən ilki büdcə ilə müqayisədə, hərbi təchizat büdcəsinə 56 milyard dollar əlavə etdik. Putin bunların heç birinin baş verməsini istəmir. Belə olan halda, nəyə görə o məni dəstəkləməlidir?”, - deyə Tramp sonda əlavə edib.


Tramp: Putinlə olduqca sərt idim!

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Suriya ordusu İraq sərhədi üzərində nəzarəti geri qaytarır
    Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi Suriya ordusunun uğurları barədə məlumat verib.
     24.07.2017
    İsrail: Müsəlmanlar arasında müharibə ən böyük strategiyadır ki...
    İsrailin silahlı qüvvələrinin başçısı müsəlmanarın daxili savaşlarından söz açıb.
     24.07.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ