1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:15.01.2018 23:45:55

Liviyanın paytaxtı Tripolidə hazırda istifadə edilən yeganə hava limanı olan Mitiqa aeroportu yaxınlığında silahlı toqquşma nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

AZƏRTAC xəbər verir ki, Al-Youm Al-Sabıa qəzetinin yaydığı məlumata görə, bilavasitə qruplaşmalar arasındakı toqquşmaların gedişində 16 nəfər öldürülüb, 50 nəfər güllə yarası alıb. Eyni zamanda, Liviya silahlı qüvvələrinin xüsusi təyinatlı 6 döyüşçüsünün həlak olduğu, daha 55 hərbçinin isə yaralandığı bildirilir.

Toqquşma bu gün sübh çağı “Al-Bakara” qruplaşması aeroport ərazisindəki həbsxanaya hücum edərkən başlayıb. Həbsxanada əsasən terrorçuluqda və İŞİD qruplaşması ilə əlaqədə ittiham edilən məhkumlar saxlanılır və hücumun məqsədi onları azad etmək olub.

Silahlı qruplaşmalar arasında baş verən qanlı toqquşma aeroportun işinin tam dayanması ilə nəticələnib.


Tripoli aeroportu yaxınlığında silahlı toqquşma nəticəsində azı 20 nəfər həlak olub

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Ayasofyada ibadətlər 24 iyulda başlayacaq
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
     11.07.2020
    Çox dilli Shafaqna agentliyinin Azərbaycan dilində saytı fəaliyyətə başladı
    "Çox dilli Shafaqna.com agentliyinin azərbaycanca bölməsi fəaliyyətə başlayıb."
     11.07.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ