1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. HƏRBİ

Kateqoriya : XƏBƏRLƏR

HƏRBİ

Yayınlanma tarixi:30.07.2019 11:01:30

Bu vəzifədə olduğu müddətdə Kouts və Ağ Ev arasında kəşfiyyat siyasəti ilə bağlı kəskin fikir ayrılıqları müşahidə edilirdi.

İslamazeri.com "voa"ya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Milli Kəşfiyyat Agentliyinin direktoru Den Koutsun vəzifədə iki il qaldıqdan sonra istefa verdiyini elan edib. Bu vəzifədə olduğu müddətdə Kouts və Ağ Ev arasında kəşfiyyat siyasəti ilə bağlı kəskin fikir ayrılıqları müşahidə edilirdi. Den Kouts istefa məktubunu prezident Trampa bazar günü təqdim edib.

Tramp Twitter səhifəsində yazdığı mesajında Koutsun avqustun 15-də vəzifəsini tərk edəcəyini elan edib və ona göstərdiyi xidmətə görə təşəkkürünü bildirib. O, Milli Kəşfiyyat Agentliyinin direktoru vəzifəsinə Texas ştatından respublikaçı konqresmen və Trampa loyal olan Con Ratkliffin nominasiyasını irəli sürəcəyini deyib.

Tramp Ratkliffi ABŞ-ın “çox hörmətli” keçmiş vəkili kimi təsvir edib. 

Con Ratkliff keçən həftə ABŞ-ın keçmiş xüsusi prokuroru Robert Müllerin Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verməsini qınayıb.

O, Müllerin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxilə səylərinin “geniş və sistematik” olduğu ilə bağlı dedikləri ilə razılaşdığını deyib. Lakin o, Müllerin Trampın ədalət mühakiməsinə mane olub-olmadığı məsələsində bəraət almadığı ilə bağlı fikirlərini tənqidə məruz qoyub. 

Prezident Tramp ABŞ hərbi qüvvələri və mülki kəşfiyyat agentliklərinə, xüsusilə də ABŞ-ın kəşfiyyat agentliklərinin Rusiyanın 2016-cı ildə prezident seçkilərinə müdaxiləsinə dair heç bir şübhənin olmadığı haqda nəticə çıxarmasından sonra çox vaxt tənqidi yanaşma nümayiş etdirib.

Den Kouts ABŞ-ın Milli Kəşfiyyat Agentliyinin direktoru vəzifəsinə 2017-ci ilin mart ayında başlamışdı. Onunla Tramp arasında bir sıra məsələlər, o cümlədən, Birləşmiş Ştatların Rusiya, Şimali Koreyanın nüvə proqramı və İranın 2015-ci il nüvə razılaşmasının şərtlərinə əməl edib-etmədiyi kimi kəşfiyyat siyasətinə dair önəmli məsələlərdə fikir ayrılıqları mövcud idi.

Tramp 2018-ci ildə İranla dünya qüdrətləri arasında Tehranın nüvə proqramının məhdudlaşdırılması müqabilində iqtisadi sanksiyaların aradan qaldırılmasını nəzərdə tutan razılaşmadan çıxıb.


Trampla fikir ayrılığı olan Milli Kəşfiyyat Agentliyinin direktoru istefa verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Gürcüstanda azərbaycanlı tələbə suda boğulub
    Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
     24.08.2019
    Fələstində
    Dünən cümə günü də 71-ci "Geri Qayıdış" yürüşü keçirilib
     24.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ