EURO 1,9254 NEFT 61,23
USD 1,7 RUB 0,0256
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:06.10.2018 12:11:20

"ABŞ-ın hərbi yardımı olmasaydı Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Ali Səud heç 2 həftə belə “davam gətirə” bilməzdi." - Trampın bu açıqlamasına vəhabi krallıq cavab verib.

ABŞ prezidenti Donald Tramp Missisipidə tərəfdarları qarşısında çıxış edərkən dediyi "ABŞ-ın hərbi yardımı olmasaydı Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Ali Səud heç 2 həftə belə “davam gətirə” bilməzdiSəudiyyə Ərəbistanı varlıdır, elə deyilmi? Mənim kral Salmandan xoşum gəlir, lakin ona dedim: “Kral, biz sizi qoruyuruq, lakin biz siz olan yerdə olmaya da bilərdik və siz bizsiz davam gətirə bilməzdiniz. Sİz ABŞ Silahlı Qüvvələrinin mövcudluğuna görə ödəməlisiniz.”, - açıqlamasına Səudiyyə kralının vəliəhdi şahzadə Məhəmməd bin Salman cavab verib.

İslamazeri.com xəbər verir ki, "bloomberg"ə müsahibə verən vəhabi krallığın vəliəhdi şahzadə Məhəmməd bin Salman "Səudiyyə 1744-cü ildən bəri mövcuddur. Düşünürəm ABŞ-nın varlığından 30 il öncəyə təsadüf edir. Səudiyyə təhlükəsizliyə görə pul verən deyil. Silah almışıq və silahların pulunu ABŞ-a vermişik.", - deyə qeyd edib.

Müsahibə verərkən ABŞ-ın bu sözlərdən əsəbləşəcəyini ehtimal verən şahzadə Məhəmməd bin Salman sözlərini belə yumşaldıb: "Hər hansı dost, yaxşı və pis söz deyə bilər. ABŞ prezidenti ilə işləməyi sevirik. İki ölkə arasında əlaqələr 99 faiz yaxşı inkişaf edərkən,  1 faiz pis istiqamətdə gündəmə gəlmişdir."

Kanada ilə əlaqələri yumşaltmaya çalışmayan şahzadə "Kanada üzr istəməlidir, biz onların Husilərə dəstəyini istəmirik", - deyə bildirib.


Trampın Səudiyyəni alçaltmasına krallığın vəliəhdi belə cavab verdi

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Almaniyada Putinin KQB dövrünə aid xidməti vəsiqəsi aşkarlandı - FOTO
    Rusiya prezidentinin KQB dövrünə aid sənədi tapılıb.
     12.12.2018
    İşdən çıxarılan məmurun intihar xəbəri yalan çıxdı
    A.Məmmədovun intihar etmədiyi, bu barədə yanlış məlumat yayıldığı üzə çıxıb.
     12.12.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ