EURO 1,8701 TRY 0,2948
USD 1,7 RUB 0,0264
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:17.10.2019 13:43:41

Tramp-ın "Barış Pınarı Hərəkatı"-nın başladığı gün Ərdoğana Suriyanın şimal-şərqi ilə bağlı razılığa gəlməyə çağırdığı məktub ortaya çıxıb

İslamazeri.com "BBC"yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp-ın "Barış Pınarı Hərəkatı"-nın başladığı gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana Suriyanın şimal-şərqi ilə bağlı razılığa gəlməyə çağırdığı məktub ortaya çıxıb.

İlk olaraq Fox News müxbirinin Twitter səhifəsindən paylaşdığı məktub daha sonra Ağ Ev tərəfindən də təsdiqlənib. New York Times qəzeti Tramp-ın çərşənbə günü Suriya haqqında Konqres liderləri ilə keçirdiyi iclasda Türkiyənin hərbi əməliyyatlarına "yaşıl işıq" vermədiyini sübut etmək üçün Ərdoğana "ağır" məktub yazdığını bildirib.

Tramp daha sonra Nümayəndələr Palatasında azlıq fraksiyasının lideri Respublikaçı Kevin McCarthy-den məktubun nüsxəsini iclasdakılara paylamasını istəyiib.

Tramp məktubda Ərdoğana "Əgər bu işi düzgün və insanpərvər bir şəkildə həyata keçirsəniz, tarix sizə müsbət baxacaq. Yaxşı şeylər baş verməzsə, sizi əbədi olaraq şeytan kimi görəcək. "Çətin adam" olmayın. Axmaq olmayın! Sizə sonra zəng edəcəyəm" deyib.

Tramp öz məktubuna Suriya Demokratik Qüvvələrinin Baş Komandiri Mazlum Kobaninin Türkiyə ilə danışıqlar aparmaq istədiyini və bəzi güzəştlərə getmək niyyətində olduğunu vurğuladığı məktubunu da əlavə edib.

Tramp Türkiyənin bəzi problemlərini həll etmək üçün çox çalışdığını vurğulayıb:

"Cənab Prezident, gəlin yaxşı razılıq ortaya qoyaq. Minlərlə insanın öldürülməsinə görə məsuliyyət daşımaq istəmirsiniz və mən Türkiyə iqtisadiyyatını məhv etməkdə məsul olmaq istəmirəm - və bunu edəcəyəm. Keşiş Brunsonla bağlı məsələdə mən bunu sizə yaşatmışdım.

Bəzi problemlərinizi həll etmək üçün çox çalışdım. Dünyanı məyus etmə. Böyük razılıq əldə edə bilərsiniz. Baş Komandir Mazlum sizinlə danışıqlar aparmağa hazırdır və keçmişdə heç vaxt etmədikləri güzəştlərə getməyə hazırdır. Mən gizli olaraq yeni aldığım məktubun bir nüsxəsini əlavə edirəm".

Məktubun üzərində "9 oktyabr, 2019" tarixi qeyd olunur. Bu tarix Türkiyənin Suriyanın şimal-şərqindəki Suriya Demokratik Qüvvələrinin nəzarəti altındakı ərazidə təhlükəsiz ərazi yaratmaq üçün başlatdığı "Barış Pınarı Hərəkatı"na başladığı günə təsadüf edir.

Əsas hissəsini kürd qruplaşmalarının təşkil etdiyi Suriya Demokratik Qüvvələri Suriyada başda ABŞ olmaqla Qərbin, özünü İslam Dövləti adlandıran hərbi qruplaşma (İŞİD) ilə mübarizəsindəki ən əhəmiyyətli müttəfiqidir.

Lakin Türkiyə Suriya Demokratik Qüvvələrini, YPG, PYD-ni PKK-nın bir qolu olaraq görür və "terror təşkilatı" kimi tanıyır.


Trampın Ərdoğana "ağır məktubu" mediaya sızdı: "Axmaq olmayın..."

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR
    Nazirlər Kabinetinin “Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2016-cı il 11 avqust tarixli, 300 nömrəli qərarında dəyişiklik edilib.
     14.11.2019
    Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” - VİDEO
    ARB TV-nin "Rezonans” proqramında bu dəfə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olan, 1994-cü il təvəllüdlü məhkum Arsen Baqdasaryan Eduardoviç öz həyat hekayəsini danışıb.
     14.11.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ