EURO 1,8876 TRY 0,3056
USD 1,7 RUB 0,0257
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:16.05.2019 10:01:08

ABŞ prezidenti Donald Tramp haqda “Hücum: Tramp alov altında” adlı yeni kitab nəşr edilir.

İslamazeri.com ABŞ mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp haqda “Hücum: Tramp alov altında” adlı yeni kitab nəşr edilir.

Henry Holt and Company nəşriyyatı “Hücum: Tramp alov altında” kitabının iyunun 4-də işıq üzü görəcəyini bildirib.

Müəllifin milyonlarla tirajlı daha əvvəlki əsərləri kimi bu kitab da Ağ Evin pərdəarxası həyatı və müəllifin “qeyri-sabit, ekssentrik və həssas” adlandırdığı prezidentlə bağlı məlumatlar vəd edir.

Yeni kitab xüsus təhqiqiatçı Robert Müllerin seçkiqabağı kampaniyası zamanı Trampın Rusiya ilə əlaqələrindən də bəhs edir.

Nəşriyyatın bildirdiyinə görə, Volf 150-dən çox mənbəyə istinad edib. Lakin bu mənbələrin administrasiya daxilində yer alıb-almadığı barədə məlumat verilməyib.

Qeyd edək ki,  Mayk Volf tərəfindən yazılan  "Od və qəzəb: Trampın Ağ evinin daxilində"  adlı kitab Tramp tərəfindən qəzəblə qarşılanmışdı. ABŞ prezidenti  kitabın yazarı Mayk Volf  "psixiki xəstə" adlandıraraq, kitabın ABŞ-da satılmasına mane olmağa çalışsada, buna müvəffəq olmamışdı.

Onu da qeyd edək ki, Jurnalist Maykl Vulfun "Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabı satışa çıxan kimi bestsellerə çevrilmiş, hətta Tehranda çap edilərək geniş oxucu kütləsi toplamışdı. 

"Od və qəzəb: Trampın Ağ evinin daxilində" kitabı həmçinin “Amazon” saytında satış üzrə liderlər arasında yer almışdı.

Trampın ətrafındakı insanlardan alınan yüzlərlə müsahibənin daxil olduğu kitab onun prezidentliyinin ilk ilində baş verən hadisələrdən bəhs edirdi.


Trampın "psixiki xəstə" adlandırdığı yazardan yeni kitab: “Hücum: Tramp alov altında”

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Hakerlər "Təmaslar" tətbiqinin köməyi ilə "iPhone" telefonuna giriş əldə edə bilirlər.
     17.08.2019
    ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər
    ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar İsrailin bu ölkədəki səfiri Ron Dermerə qəti etimadsızlıq göstərmək ehtimalı barədə müzakirələr aparırlar.
     17.08.2019

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ