EURO 2,0063 NEFT 57,42
USD 1,7001 RUB 0,0296
  1. http://www.islamazeri.com/
  2. TƏHLİL

Kateqoriya : TƏHLİL

Yayınlanma tarixi:23.01.2017 14:41:07

ABŞ-ın 45-ci Prezidenti Donald Tramp yeni Amerika reallığını və hələ də özünə gələ bilməyən köhnə elitanı təsvir edib.

ABŞ-ın 45-ci Prezidenti Donald Tramp yeni Amerika reallığını və hələ də özünə gələ bilməyən köhnə elitanı təsvir edib.

Onlar siz deyilsiniz

ABŞ Prezidenti Donald Tramp yanvar ayının 20-si keçirilmiş inaqurasiya mərasimində kiçik bir nitqlə çıxış etdi. Bu nitqi həm ABŞ, həm də digər Dünya ölkələri səbirsizliklə gözləyirdi. Çünki Tramp bu danışığı zamanı öz yeni siyasətinin haqda məlumat verməli idi. Ətrafdakı insanlar nitqdə nələrin deyiləcəyini təxmin etməyə çalışırdılar.

Tramp KİV-lər və siyasətçilərin sərt təzyiqi altında olan öz seçkiqabağı vədlərinə xəyanət edərək, problemlər haqqında danışmayan “siyasi ədəbli” prezident olacaq mı? Yaxud o öz sözlərinə əməl edərək, ABŞ-ın dərdlərini həll edən ölkə başçısı mı olacaq?

Tramp öz seçicilərini aldatmadı. O öz seçkiqabağı nitqini, üstəlik də inaqurasiya mərasimini, sanki öz gələcək prezidentlik dövrünün”treyleri”etdi. O, aydın şəkildə başa saldı ki, elitanın təzyiqlərinin təsiri altına düşməyəcək və”boğazına yüyənin atılmasına” icazə verməyəcək.

Hazırkı mərasim xüsusi məna kəsb edir. Çünki biz sadəcə olaraq hakimiyyəti bir administrasiyadan digərinə, bir partiyadan başqa bir partiyaya ötürmürük. Biz Vaşinqtonun hakimiyyətini sizlərə, adi insanlara veririk.”, - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Vaşinqton sakinlərinin 93 faizi seçkilərdə Hillari Klintona səs vermişdi.

Xatırladaq ki, ABŞ əhalisi onu demək olar ki, bütün elitaların mövqelərinə zidd olaraq seçib. Buna görə də təəccüb doğuran deyil ki, Donald Tramp məhz öz seçicilərinin fikrlərinə arxalanmalı olacaq. Məhz xalq onun leqitimliyinin sütunu ona qarşı ediləcək impiçment cəhdlərinə qarşı qalxan olacaq. Deməli, Donald Tramp ilk olaraq köhnə elitalarla və əhalinin istəkləri arasında mövcud olan uçurumun altını cızmalıdır.

İndiki sistem ölkə vətəndaşlarını yox, əksinə özünü müdafiə edib. Sistemin qələbələri sizin qələbələriniz deyildi. Onların triumflarını sizin triumflarınız olmayıb.”, - deyə Prezident əhaliyə müraciət edən zaman bildirib.

Köhnə problemlər

Trampın bu nitqindən sonra, onu yəgin ki, ölkədaxili  parçalanmanın dərinləşməsində ittiham edəcəklər, və bunu etməkdə də haqlı olacaqlar. Lakin bu parçalanmaya elitanın özü səbəb olub. Həmin elita yeni seçilmiş prezidentə qarşı böhtan kampaniyası vasitəsilə mövcud uçurumu dərinləşdirməyə davam edir.

Buna görə də prezidentin özünü bacardığı qədər müdafiə edir, yəni hər bir insanda olan “özününkü/özgə” anlayışı üzərində oynayır. O, əhaliyə təlqin etməyə çalışır ki, elitalar özgələrdir, hansılar ki, sadə xalqın maraqlarını təmsil etmirlər. Əslində, Tramp həqiqəti deyir. Obama dövründə ABŞ-da mövcud olmuş “siyasi ədəblilik” azğınlığı artıq sadə amerikalıları təngə gətirib. İnsanları ordudakı cinsi azlıqların hüquqları və həmcins evlilikləri yox, yeni iş yerlərinin açılması və öz ölkələrini “qüdrətli” kimi hiss etmək istəyi maraqlandırır.

Tramp onları dinləyərək öz inaqurasiya mətnində həqiqi problemləri təsvir etdi. Və seçicilərin fikrincə yeni Ağ Ev rəhbərinin dilə gətirdiyi problemlər ölkə qarşısında duran əsas problemlərdir.

Biz bir çox onilliklər boyu ABŞ ərazisindəki istehsalata zərər vuraraq, 3-cü ölkələrin sənayesini zənginləşdirmişik. Biz xarici ordulara etdiyimiz maddi yardımlara paralel olaraq, öz silahlı qüvvələrimizin sayını azaltmışıq. Biz xarici ölkələrin sərhədlərini müdafiə etmişik və bunu edə-edə öz sərhədlərimizi qorumaqdan imtina etmişik (müəllif: Görünür ki, burada Tramp miqrantlara qarşı divar tikməyə hazırlaşdığı Meksika ilə sərhədi nəzərdə tutur. İnaqurasiyadan sonra onun administrasiyası bildirib ki, plan qüvvədədir.). Biz okeanın o tayındakı layihələr üçün trilyonlarla dollar xərcləyirdik, halbuki ABŞ infrastrukturu köhnələrək dağılırdı.”, - deyə Tramp bildirib. Onun sözlərinə görə, ABŞ digər ölkələri zəngiləşdirirdi, baxmayaraq ki, “ölkəmizin zənginliyi, gücü və əminliyi aradan gedirdi”.

Və Tramp da Tramp olmazdı, əgər problemləri dilə gətirməsəydi. O bu problemlərin həlli üçün “resept” təklif edib.

Reseptin məğzi ABŞ-ın hədsiz xarici öhdəçiliklər və ölkənin maraqlarını qloballaşma ideyalarına xatir sıxışdıran çoxtərəfli azad ticarət zonalarından imtina etməkdədir.

YENİ HƏLL

Trampın resepti bundan sonra və gələcəkdə ticarətlə bağlı veriləcək hər bir qərar, vergi, immiqrasiya və beynəlxalq işlərin amerikalı işçi və ailələrin maraqları çərçivəsində edilməsini nəzərdə tutur. “Biz öz sərhədlərimizi qonşu ölkələrin talançılarından qoyucağıq. Bu talançılar bizim qidalarımızı hazırlayırlar, bizim şirkətlərimizi oğurlayırlar və bizim iş yerlərimizi məhv edirlər.”

Sözün düzü bu cümlədə Çin izlərindən daha çox, Meksika izləri sezilir - Tramp bütün ABŞ istehsalatını Meksikadan çıxarmaq, bunun əvəzində isə cənub qonşusuna onun öz miqrantlarını verməyə qərarlıdır.

İlk baxışdan, bu mümkün deyil. Axı bu addımın atılması faktiki olaraq “Şimali Amerika Azad Ticarət Zonasından” (NAFTA) imtina deməkdir. Və bunu da ləğv etmək olduqca çətindir. Lakin Tramp “ABŞ malı al və ABŞ-lı işçini işə götür” izolyasionizm və anti-qlobalist şüarını önə çəkərək, məhz bunu nəzərdə tutur. O, bununla işə götürənləri yerli əhaliyə iş verməyə səsləyir.

Hə, sırf nəzəri cəhətdən şirkətlər (ABŞ biznes liderlərinin digər ölkələrdə qərargah və istehsalatları var) əlbəttə ki, yeni prezidentə qulaq asmaya bilərlər. Lakin bu halda (onun tvitter-diplomatiyasını yada salaraq) onlar ictimai düşmənçilik subyekti olmaqla yanaşı, hakimiyyət tərəfindən iqtisadi təzyiqə də məruz qala bilərlər. Bəzi avtomobil istehsalı şirkətləri artıq taleyi sınağa çəkməməyi qərara alaraq, istehsalatı ABŞ-a geri qaytarmağı qərara alıblar.

Trampın xarici ölkələrlə rəftar tərzinə gəldikdə isə, Tramp rejim dəyişikliyi və ABŞ dəyərlərinin yayılması ideyasından imtina etdiyini təsdiqləyib. Bu metod çox bahalı, effektsiz və son Yaxın Şərq və Rusiya-ABŞ əlaqələrindəki hadisələr qeyri-məhsuldar olub. “Biz öz həyat tərzimizi kiməsə məcbur qəbul etdirmək niyyətində deyilik (çox güman ki, burada Əsədi nəzərdə tutur – müəllif), əksinə, onlara “parıldamağa” və nümunə olmağa icazə verəcəyik. Bizim ardımızca gəlmək istəyən hər bir kəsə işıq saçacağıq.”

Çox düzgün, eyni zamanda da çətin həyata keçirilən konsepsiya - Tramp uğurlu ABŞ-ı bütün dünya üçün nümunə etmək istəyir. Və yalnız o zaman üçüncü ölkələr özləri, raket-bomba məcburiyyəti olmadan, ABŞ-a bənzəyərək və demokratiyanı tətbiq etmək istəyəcəklər. Məhz bu əsaslarla nə vaxtsa qloballaşma qurulmuşdu, məhz bu əsaslar üzərində də Qərb dünyası yaradılmışdı. Məhz bu cür dövlət quruluşu rejimləri və sestemləri arasında rəqabət mübarizəsi aparılmalıdır, “Meydanda kim daha hündürə tullanacaq” konkursu vasitəsilə yox.

Əlbəttə, Tramp hər kəsə onun arxasınca getməyə icazə verməyəcək. O, öz nitqində Barak Obama və Şərqi Avropadan olan “rusofobların” dediyi kimi Rusiyanı yox, terrorçuluğu ABŞ-ın əsas düşməni kimi qələmə verib.

Bu inaqurasiya nitqində nə Rusiya, nə də digər bir ölkənin adı çəkilməyib. Trampın sözlərinə görə ABŞ terrorçuluqla mübarizə üçün köhnə ittifaqları gücləndirməklə yanaşı, bu təhlükə ilə mübarizə üçün “Sivil Dünyanın yeni ittifaqlarını” da yaradacaq.

Bu ittifaqın yaradılıb-yaradılmayacağı və ABŞ-ın Rusiyanı həqiqətən də sivil dünyanın bir hissəsi kimi qəbul edib-etməyəcəyi zaman-zaman məlum olacaq.

 

P.S. Yazı Rusiya Federasiyasının nəzdində fəaliyyət göstərən Maliyyə Universitetinin Politologiya departamentinə, tərcümə isə İslamazeri.az saytına məxsusdur.


Trampın andiçməsi: ABŞ-ın naməlum istiqamətdə uçuşu - TƏHLİL

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • "Qanun Nəşriyyatı" MMC-nin iki kitabı 2015-ci ildə Dövlət Gömrük Komtəsində saxlanılıb.
     19.10.2017
    Manamada Bəhreyn-İsrail əlaqələrinə qarşı etiraz aksiyası keçirilib - VİDEO
    Polis nümayişçilərə qarşı zor tətbiq edib, İsrail əleyhinə tədbirin keçirilməsinə imkan verməyib.
     19.10.2017

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ