EURO 1,8463 TRY 0,2773
USD 1,7 RUB 0,0265
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:21.12.2019 14:00:49

Onun prezidentliyini nəzərdən keçirəndə impiçmenti müzakirə etməmək mümkün olmayacaq.

 “Prezident Donald Trampın nekroloqunun birinci sətri artıq yazıldı. Tramp vəzifədən kənarlaşdırılmayacağından əmin olsa da, çərşənbə günü onun irsinin bir hissəsi artıq formalaşdı, Amerika tarixinə Nümayəndələr Palatasında impiçment elan olunan üçüncü prezident kimi düşdü”. 

“The Associated Press” agentliyindən Jonatan Lemire yazır ki, dekabrın 18-də Palatada prezidentə elan olunan iki ittiham Trampın adının yanına yazılacaq konstitusiya töhmətidir. Baxmayaraq ki, prezident bu maddələrin əhəmiyyətini kiçiltməyə, yenidən seçilmək üçün onlardan yararlanmağa çalışır. Tramp vəzifədən sui-istifadədə və Konqresin işinə əngəl törətməkdə ittiham olunur. Yanvarda Senatda onun məhkəməsi qurulmalıdır.

Demokratların fikrincə, Tramp ukraynalı həmkarı Vladimir Zelenskidən seçkidə rəqibi Joe Biden barəsində təhqiqat aparmağı istəməklə vəzifəsindən sui-istifadə edib.

 “Onun prezidentliyini nəzərdən keçirəndə impiçmenti müzakirə etməmək mümkün olmayacaq. Bu, onun tarixçəsinə həmişəlik həkk olundu, â€“ Prinston Universitetində prezident tarixçisi Julian Zelizer deyib.

“Prezident səlahiyyətindən sui-istifadədən söz düşəndə Trump söhbətin mövzusuna çevrilir. Ukrayna onun Uoterqeyti olacaq. Ukrayna onun Levinskisi olacaq, â€“ tarixçi söyləyib.

Müəllif yazır ki, Tramp tarix kitablarında impiçmentlə üzləşmiş keçmiş prezidentlərlə bir bölümdə yer alacaq. 21 il qabaq Bill Clinton Ağ evdə çalışmış Monika Levinski ilə intim əlaqə barədə yalan danışdığına görə, Endryu Conson  isə 151 öncə Yenidənqurma dövründə Konqresə meydan oxuduğu üçün impiç olunub. Riçard Nikson isə Uoterqeyt təhqiqatı vaxtı impiçment olunmamaqdan ötrü istefa verib.

Müəllif elə Trampın özünün də impiçmentin onun siyasi irsinə təsirindən agah olduğunu vurğulayır. Müttəfiqlərinin deməsinə görə, o, son vaxtlar impiçment məsələsindən çox qəzəblənib, bunu şəxsinə hücum kimi qəbul edib. Tramp dekabrın 17-də deyib ki, gözlənən impiçment üçün “sıfır” məsuliyyət daşıyır.

“Ali vəzifədə olan çox az adam bu sınağa dözər, yaxud ondan keçərdi. Mənim gözəl və sevimli ailə üzvlərimə vurduğunuz böyük ziyandan xəbəriniz yoxdur, heç vecinizə də deyil, â€“ o, impiçment ərəfəsində Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə  altı səhifəlik məktubunda yazıb.

Məktub durğu işarələri, müxtəlif yerlərdə böyük hərflər, şikayətlə doludur və prezidenti ədalətsiz və siyasi motivli hücumun qurbanı kimi qələmə verir. “Yüz il sonra, adamlar bu işə bir də baxanda istəyirəm anlasınlar və öyrənsinlər ki, bu, başqa bir prezidentin başına heç vaxt gəlməyəcək, â€“ Tramp yazıb.

Senat Trampın respublikaçı partiyadaşlarının nəzarətində olduğundan, onun təqsirli bilinəcəyi real görünmür. Prezidentin vəzifədən kənarlaşdırılması üçün Senatın 100 üzvündən üçdə ikisi buna səs verməlidir.

Bu arada Tramp-ın işinə dəstək reytinqi yüksəlib və 45 faizə çatıb. “Gallup” sorğu mərkəzi bildirir ki, Nümayəndələr Palatası payızda impiçment araşdırmasına başlayanı prezidentin reytinqi altı faiz yüksəlib. Prezidentin perfomansını respuslikaçıların 89, demokratların cəmi 8 faizi dəstəkləyir.

İmpiçment məsələsində isə amerikalıların mövqeyi ziddiyyətlidir. Hazırda respondentlərin 46 faizi impiçmenti və prezidentin vəzifədən kənarlaşdırılmasına tərəfdardır. Bu, impiçment araşdırması elan olunandan altı faiz azalma deməkdir. 51 faiz isə prezidentin impiç olunması və vəzifədən kənarlaşdırılmasına qarşı çıxır ki, bu isə sözügedən müddətdən beş faiz çox deməkdir. (virtualaz)


Trampın alnına yapışan ləkə

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Rəcəb ayının əməlləri, orucları, zikrləri
    Qarşıda gələn mübarək 3 mənəvi aylardan maksimum şəkildə yararlanaraq məğfirət əldə etmək mümkündür.
     25.02.2020
    Ermənistan Ordusunun əsgərimizi şəhid etməsinə XİN-dən açıqlama
    Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir
     25.02.2020

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ