EURO 1,9658 NEFT 73,55
USD 1,7 RUB 0,0267
  1. http://www.islamazeri.com/
  2. XƏBƏRLƏR
  3. DÜNYA

Kateqoriya : XƏBƏRLƏR

DÜNYA

Yayınlanma tarixi:12.06.2018 17:12:31

“Suriyada ABŞ-dan həmişə təxribat gözləmək olar."

İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyada vəziyyət sabitləşmədiqcə və siyasi dialoq başlamadıqca, amerikalılar daim Suriya prosesinə müdaxilə edəcəklər. ABŞ-dan hər cür təxribat gözləmək olar. Bu sözləri Rusiyanın Federasiya Şurasının Beynəlxalq İşlər üzrə Komitəsinin sədr müavini Vladimir Cabarov deyib.

Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin qırıcıdaşıyan zərbəçi dəstəsi Suriyadakı İŞİD terror təşkilatı ilə mübarizə adı altında Aralıq dənizinə geri dönüb.

Suriyada ABŞ-dan həmişə təxribat gözləmək olar. Vəziyyət sabitləşmədikcə, (Suriya Prezidenti) Bəşər Əsədin terrorçularla mübarizəsi sona çatmadıqca, konstitusiya qəbul edilmədikcə və seçkilər keçirilmədikcə, amerikalılar həmişə müdaxilə edəcəklər.”, - deyə Cabarov əminliklə bildirib.

Onun fikrincə, bu müdaxilələr təxribatların istifadəsi ilə də baş verəcək. Senator güman edir ki, ABŞ hərbi flotunun Aralıq dənizindəki mövcudluğunun səbəbi aydındır. “Rusiya Hərbi Dəniz Donanmasını (HDD) Tartusa qoyduqdan sonra, amerikalılar orada patrul çəkəcəklər.”, - deyə o əlavə edib.

Cabarov ABŞ-ın Suriyaya yeni raket zərbələri endirib-endirməmə ehtimalı ilə bağlı proqnoz verməkdə çətinlik çəkdi. “Cənab Trampdan nə desən gözləmək olar, buna görə də əvvəlcədən bunun nə ilə bitəcəyini demək çətindir.”, - deyə senator sonda bildirib.


“Trampdan nə desən gözləmək olar!” - rus senator

Facebookla şərh yaz

Şərhlər

Bu məlumata aid ilk şərhi sən etmək istəyərsənmi?

Şərh Yazın

  • Azərbaycanda universitet binası uçdu - FOTO
    Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.
     21.06.2018
    ABŞ-ın Əfqanıstanda narkotiklə
    Dünya miqyasında narkotik maddə əkinində aparıcı ölkələrdən biri olan Əfqanıstanda 3 milyon insanın narkotik maddələrdən asılı olduğu bildirilir.
     21.06.2018

    Xəbər lenti

    Redaktorun seçimi

    Çox Oxunanlar

    • GÜN
    • HƏFTƏLİK
    • AYLIQ